DYP-nin “Ekologiya postu” sökülür

51

Bakı-Sumqayıt yolu üzərində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin “Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Hurriyyet.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev təsdiqləyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə apa-ya açıqlamasında deyib ki, artıq həmin ərazidən bir az geridə post üçün yeni bina inşa edilib.