DYP Kürdəmirdə reyd keçirib, 50 sürücü cərimələnib

45

Dövlət Yol Polisi (DYP) Kürdəmir rayonunda reyd keçirib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaq və sürücülərlə profilaktik söhbətlər aparmaqdır.

DYP əməkdaşları rayon ərazisində hərəkətin tənzimlənməsi məqsədilə karantin rejiminin qaydalarına əməl etməklə sürücülərlə profilaktiki söhbətlər aparıb və onlara yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsini məsləhət görüb.

Bununla belə, reyd zamanı qaydaları pozan, o cümlədən sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, təhlükəsizlik kəmərini taxmayan, avtomobilə konstruksiya əlavə edən sürücülərə də rast gəlinib. Qaydaları kobud şəkildə pozan sürücülər yol polisləri tərəfindən cərimələnib.

Reyd zamanı 100ə yaxın avtomobil saxlanıb və onların 50-si barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən protokollar tətbiq olunub.