DƏYİŞİKLİK OLACAQ – Sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir – VİDEO

    3

    Azərbaycanın sürücülük vəsiqələri beynəlxalq standartlara cavab vermir. Odur ki, Azərbaycanda sürücülük hüququ ilə bağlı yeni altkateqoriyalar müəyyənləşdirilir.

    Hurriyyet.org-un məlumatına görə, bununla bağlı ''Yol hərəkəti haqqında'' qanuna əlavə və dəyişiklik edilir.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, 2011-ci ildə yol hərəkəti haqqında konvensiyaya dəyşiklik edilsə də, Azərbaycanda bu dəyşiklik icra edilmədi. Elə buna görə də bizim sürücülük vəsiqələrində çatışmazlıqlar var. Bunlardan biri sürücülük vəsiqəsindəki məlumatların ardıcıllığa uyğun olmamasıdır.

    Bundan başqa, dəyşiklikdə sürücülərin xüsusi ilə də xarici ölkədə rastlaşdığı problemə də son qoyulacaq. Bundan sonra sürücülük vəsiqəsində ad və soyad həm latın, həm də ingilis əlifbası ilə yazılacaq.

    Bir sözlə, 5 altkateqoriya yaradılır. A, B və C kateqoriyaları ilə yanaşı, B1 və C1 altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaş, BE kateqoriyası ilə yanaşı C1E altkateqoriyası müəyyənləşdirilir ki, bu da 19 yaşdan etibarən veriləcək.

    D kateqoriyası ilə yanaşı D1 altkateqoriyasıda olacaq. Bu isə 23 yaş, D1E altkateqoriyası isə yaşı 25-dən 65-dək olan şəxslərə veriləcək. Həmin şəxslərin isə avtomobil idarə etmək sahəsində təcrübəsi 2 ildən az olmamalıdır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: