DƏYİŞİKLİK – Prezident daha karvanla şəhəri gəzməyəcək

    21

    Prezident Vladimir Putinin andiçmə mərasiminin ssenarisində dəyişiklik edilib.

    Hurriyyet.org xəbər verir ki, dəyişiklik kifayət qədər ciddidir. Artıq mərasimə hazırlıq mərhələsi demək olar ki, yekunlaşıb.

    Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezident Putinin andiçmədən sonra Moskvada maşınla gəzintisi proqramdan çıxarılıb. "Unutmaq lazım deyil ki, ötən dəfə də prezident maşınla Hökumət Evindən Kremlə getmişdi",- deyə Peskov 2012-ci ili xatırladıb.

    Bununla yanaşı Peskov bildirib ki, istənilən halda prezidenti karvan müşayət edəck. Çünki bütün hallarda prezident işçi korpusdan Böyük Kreml Sarayına gedəcək.
    Ancaq bu dəfə əvvəlki kimi təntənə olmayacaq.

    Peskov həmçinin qeyd edib ki, budəfəki mərasimdə prezidentin yeni “Karvan"ına daxil olan maşınlardan yenisinin istifadəsi məsələsi də müzakirə mərhələsindədir.

    Qeyd edək ki, andiçmə mərasimi 7 mayda keçiriləcək. \Cebhe.info\