“Düşmən yenə icazəsiz sərhədi keçsə, vuracağıq” – İrandan ABŞ-a XƏBƏRDARLIQ

    15

    Hurriyyet.org xəbər verir ki, İranın Dəniz Qüvvələri komandanı Hüseyn Hanzadi ABŞ-a məxsus Pilotsuz Uçuş Aparatının vurulmasının Vaşinqtona qarşı “sərt bir cavab” olduğunu bildirərək, ölkənin hava məkanının pozulacağı təqdirdə, yenə də eyni cavabı verəcəklərini söyləyib. Fars İnformasiya Agentliyinin yazdığına görə, Hanzadi deyib: “Düşmən (ABŞ) ən müasir texnologiyaya sahib olan Pilotsuz Uçuş Aparatını qadağan olunmuş bölgəyə göndərdi və onun vurulduğunun şahidi oldu. Açıq şəkildə bəyan edirik: eyni cəhdin təkrarlanacağı halda, düşmənə verilən sərt cavab da təkrarlanacaq. Düşmən bunu bilir”.

    Hurriyyet.org