Düşmənin yerin altında gizlətdiyi silahlar… – HAMISI MƏHV EDİLİB…

66

Azərbaycan Ordusu döyüş meydanında uğurlarını davam etdirir. Düşmən uzun illər bu ərazilərdə kifayət qədər silah-sursat toplayıb.

Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistana məxsus çoxlu sayda hərbi anbar məhv edilib:

“Dağlıq Qarabağ ərazisində, xüsusən də Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə istiqamətində Ermənistana məxsus silah-sursat anbarları var idi. Lakin onların hər biri Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hazırda müharibənin qaydaları dəyişib. Yerin altında, dərinliklərdə olan istənilən yer, yaxud hərbi təyinatlı obyekt məhv edilə bilir. Tunellərin dağıdılması üçün xüsusi silah növləri mövcuddur və onlardan istifadə olunur. Təbii ki, uzun illər ərzində qurulan müdafiə xəttinin yarılması bir qədər çətindir. Lakin hər hansı ərazini azad etmək yolunda bu tip müdafiə xətlərinin müxtəlif taktika və silahlar vasitəsilə dağıdılması, həmin bölgənin hərbi qüvvələrdən təmizlənməsi mümkündür”.