DÜŞMƏNİN VURDUĞU ZİYAN NECƏ ÖDƏTDİRİLƏ BİLƏR? – Qubad İbadoğlu da təkliflər verdi

96

Dünən Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövləəmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Fövqəladə Hallar Nazirliyində həmin sərəncama uyğun olaraq əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb.

Prezidentin məlum sərəncamını təqdir edən iqtisadçı-alim Qubad İbadoğlu hesab edir ki, bütövlükdə erməni təcavüzü nəticəsində Azərbaycana dəymiş bütün növ ziyanların qiymətləndirilməsinə də ehtiyac var.

O, Sərəncamla bağlı bır sıra qeydlərini də diqqətə çatdırıb: “Əvvala, hesab edirəm ki, bu sərəncam bütövlükdə erməni təcavüzü nəticəsində dəymiş bütün növ ziyanların qiymətləndirilməsini əhatə etməlidir. Halbuki, sərəncamda yalnız sentyabrın 27-dən sonra dəymiş zərərin müəyyənləşdirilməsindən söhbət gedir.

Yaxşı olardı ki, bütün dövr ərzində dəymiş ziyanla bağlı vahid Komissiya fəaliyyət göstərsin və bu istiqamətdə bütün işlər mərkəzləşdirilsin.

İkincisi, sərəncamda sadalanan dəymiş ziyanın subyektlərinəətraf mühitə və təbii sərvətlərə, tarixi və memarlıq abidələrinə, yalnız maddi əsasda deyil, həm də məhrumiyyətlər nəticəsindəəhaliyə, dövlət büdcəsinə sosial və hərbi xərclər üzrə dəymiş zərərlər, eləcə də vaxt amili nəzərə alınmaqla əhalinin, biznesin və iqtisadiyyatın itirilmiş imkadəymiş ziyanın hesablanmasının elmi və konseptual bazasının və tərəfsizliyinin təminatı üçün Dövlət Komissiyası elmi -tədqitaq institutları, məsələn, UNEC-in İqtisadi Tədqiqatlar İnstitutu, eləcə də beynəlxalq və yerli qiymətləndirici şirkətlərlə işləməlidir. nları da daxil edilməlidir. Sərəncamda yalnız mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanlardan söhbət gedir.

Üçüncüsü, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının tərkibində Mədəniyyət Nazirliyi – tarixi və memarlıq abidələrinə görə, Ekologiya Nazirliyi – ətraf mühitə və təbii sərvətlərə görə, Kənd Təsərrüfatı Nazirliyi – aqrar sektorda itirilmiş imkanlara görə – də təmsil olunmalıdır.

Dördüncüsü, Çünki, bu hesablamalar gələcəkdə beynəlxalq hüquq müstəvisində məhkəmə iddialarının qaldırılması üçün də vacibdir. O zaman bu işin müstəqil qiymətləndiricilər tərəfindən aparıldığını göstərməklə kompensasiya iddiası daha inandırıcı görsənə bilər”.

İqtisadçı daha sonra bildirib ki, şəxsən özü İqtisadi Tədqiqatlar Mərkəzi adından bu işə töhfə verməyə hazırdır.

Professorun sözlərinə görə, dəymiş zərərin kompensasiyasının ödənilməsi üçün beynəxlaq təcrübədə örnəklər də var. Ekspert onlardan birini təqdim edib: “1990-cı ildə Küveytin İraq tərəfindən işğalı nəticəsində vurulmuş zərərin qiymətləndirilməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən xüsusi Kompensasiya Komissiyası yaradılıb. Həmin Komissiya 12 illik fəaliyyəti dövründə 352,5 mlrd dollar həcmində 2,7 milyon iddiaya baxmış, 52,4 mlrd dollar məbləğində 1,5 milyon iddianı təsdiq edib. Təsdiq edilmiş iddialar üzrə 47,8 mlrd. dollar vəsaitin ödənilməsi təmin olunub.

BMT İnkişaf Proqramının 2000-ci il üzrə hesabatında göstərilir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 54,5 milyard dollar qiymətləndirilib. Təbii ki, bu məbləğ mövcud gerçəkliyi əks etdirmir, təkrar qiymətləndirmə ehtiyacı yaranıb. Odur ki, hesab edirəm ki, Prezidentin yaratdığı Komissiya BMT-nin İnkişaf Proqramı ilə sıx əlaqədə işləməlidir”.

Q. İbadoğlu bildirib ki, iddialar yalnız dövlət adından deyil, həmçinin fərdlər, məcburi köçkünlər və şirkətlər, əmlakına ziyan dəymiş sahibkarlar tərəfindən də qaldırılmalıdır: “Onların məhkəmə işlərinə iddialarının hüquqi cəhətdən əsaslı hazırlanması üçün pulsuz hüquq yardıma çıxış imkanları yaradılmalıdır. Bu işə maksimum tez start verilməlidir. Çünki, belə işlər illərlə zaman aparır”.

“AzPolitika.info”