Düşmənin ölkə daxilindəki şəbəkəsi məhv edilməlidir

63

Moskva irticasından yox, onun respublikamızda hələ də sarsılmamış şəbəkəsindən çəkinmək lazımdır

Bütün varlığımla əminəm ki, zəfər yürüşümüz bitər-bitməz, məmləkətin qeyrətmənd insanları əl-ələ verib tar-mar edilmiş təsərrüfatı dirçəldəcək, yeni-yeni binalar tikəcək

 İkinci dünya müharibəsi zamanı başqa qələm sahibləri ilə yanaşı tanınmış antifaşist İlya Erenburq (1891-1967-ci illər) da əlindən gələni etdi. Bu mərd publisistin əsərləri bir çox xarici ölkələrdə nəşr edilirdi, Avropanın mədəni dairələrində də nüfuzuna söz ola bilməzdi.

1941-ci ilin ən ağır aylarında yazdığı orduya çağırışı bu sözlərlə başlayırdı: “Vur, qarşındakı insan deyil, o faşistdir, yaşamağa haqqı yoxdur!”. İndi mən də, dərd-əzab içində qovrulan bir qoca kimi Azərbaycan döyüşçüsünə müraciət edirəm:

  • Vur, şücaətinə qurban olum! Qarşındakı insan deyil, o, günahsız körpələrə, ağbirçəklərə , qocalara əl qaldıran cəlladdır! O, sənin əzizlərinin, şəhidlərinin məzarlarını dağıdan, müqəddəs ziyarətgahlarını murdarlayan, məscidlərinə donuz salan, tarixi abidələrini qəsdən yerlə yeksan edən, əcdadının mədəni irsinə də təcavüz edən giyena xislətli ermənidir. Belə vələdüzinanın qanı halaldır!

70 il ərzində Moskva irticası sələflərinin beynini zəhərlədi. Özünü ateist kimi göstərən bu irtica əsl xaçpərəst həmrəyliyi nümayiş etdirərək erməni üçün əlindən gələni etdi. Müsəlmanın elə qatili qalmadı ki, onun adı Azərbaycanda “əbədiləşməsin”. Gəncə qətlamından heç əlli il keçməmiş lakey ideoloqların tərifləyib ağac başına çıxartdıqları şairlərin biri “Mənim babam olmuş 26-lar” dedi, digəri isə diz üstə çöküb “Əziz xilaskarımız rus xalqına eşq olsun!” yazdı. Belə dəyyuslar bir deyildi, iki deyildi…

Azərbaycan əsgəri, biqeyrət sələflərindən sənə miras qalmış unutqanlıq mərəzini şüurundan, qəlbindən, canından silib atsan, sən məğlubedilməzsən. Bir torpaqda ki, dərddən qəddi əyilmiş ana balasının nəşini qucaqlayaraq, sənə təşəkkür edirəm oğul, deyirsə, orada daş da, torpaq da qisasa səsləyir.

Görün neçə ildir müstəqilik, amma hələ də qorxa-qorxa boylanırıq, aman Allah, birdən yazdıqlarımdan bir xəta çıxar.

Birinci vacib ricət

Tarix çoxdan sübut edib ki, neçə illər ərzində keşiş-mason ideoloqlarının məkrlə azlıqda qalan xalqlara sırıdıqları “beynəlmiləlçilik” ideyası həmişə qəsbkarların xeyrinə işləyib. Elə özümüzdən götürək, Bakı beynəlmiləl şəhərdir, deyərək, ruslar o oyun qaldı ki, başımıza gətirməsinlər. Yadınıza salın, bütün iri müəssisələrdə, nazirlik və komitələrdə dəftərxana işləri rus dilində aparılmırdı? Bizim dili sayan vardı?

Kütlüyümüz, biganəliyimiz elə həddə çatmışdı ki, iki-üç əndamlı, ənlikli, kirşanlı rus katibə bütöv bir tresti, ya da nazirliyi barmağına dolayırdı. Bizim yaşlı nəsil indi belə şeyləri etiraf etməkdən çəkinir, sadəcə olaraq utanır.

Mirzə Cəlilin təbirincə desək, aləmlər bir-birinə dəydi, dünyalar mayallaq aşdı, biz müstəmləkə ədəbiyyatının lakey xislətli qələm sahibərinin qanımıza yeritdikləri natamamlıq, naqislik viruslarından xilas ola bilmirik.

Görün neçə ildir müstəqilik, amma hələ də qorxa-qorxa boylanırıq, aman Allah, birdən yazdıqlarımdan bir xəta çıxar. Mən isə başı daşdan daşa dəymiş bir təcrübəli adam kimi deyirəm, Moskva irticasından yox, onun respublikamızda hələ də sarsılmamış şəbəkəsindən çəkinmək lazımdır. Bu şəbəkəyə daxil olanlar çoxdan ələ alınıblar, özü də hamısı da ellik zəmanətlə bir-birilərinə bağlıdırlar. Hələ mən qohumluqdan danışmıram, birinin quyruğunu tapdalasan min yerdən əfi ilan çıxıb səni sancacaq.

Son üç-dörd ildə müşahidə elədiyim vaqiələr ovqatımı tamam təlx edib. Qəti əminəm ki, radikal tədbirlər görülməsə, yəni, bu mənfur şəbəkə məhv edilməsə işimiz fənadır. Ramiz Mehdiyevin, Əli Həsənovun işdən kənar edilməsi ilə məsələ bitmir. Elmira Axundovanın bir bəhanə ilə ölkədən uzaqlaşdırılması çox müəmmalardan xəbər verir. Şəbəkə sadiq tərəfdaşlarını diqqətdən yayındırmağı bacarır.

Bu da bizim İran!

…Respublikanın iki pravoslav məbədində, sinaqoqlarda mərasimlər keçirilir. Din xadimləri Allahın dərgahından bizim vətənimiz üçün zəfər diləyirlər. Sözləri də birdir, Azərbaycan haqq yolundadır, bu torpaqda heç vaxt, heç bir dini icma, heç bir xristian, yəhudi din xadimi təqibə, təhqirə məruz qalmayıb, bura bizim vətənimizdir, Azərbaycanı qorumaq, onun ordusuna qələbə arzulamaq şərəf işidir.

42 milyon azəri türkünün yaşadığı İrandan isə səs-səmir yoxdur. Azərbaycanda üləma, şəhid, seyid məzarlarının, məscidlərin həqarətə məruz qalması, erməni faşistləri tərəfindən qəsdən murdarlanması, müsəlman körpələrinin də qətlə yetirilməsi və digər dəhşətlər İranın əmmaməli başçılarının vecinə də olmadı. Heç hiddətlənmədilər də! Bunu da hamı bilir ki, İranın hakim dairələrinin “xeyirxahlığı” olmasaydı Ermənistan acından öləcəkdi.

Xala xətrin qalmasın deyə, bəzən İranın hansısa bir lideri başlayır nəsihətbazlıq eləməyə, bu məsələdən xeyli “narahat olduqlarını” deyir. İran bir əli ilə Azərbaycan müsəlmanlarına qənim kəsilmiş ermənilərə hər cürə yardım edir, digər əli ilə vətənimizə külli miqdarda narkotika keçirir.

Biz bilirik ki, narkotika məsələsində İranın hökumət orqanları günahkarlara qarşı sərt davranır. Bəs bu nə cür olur ki, narkotika alverçilərinə göz verib, amma işıq verməyən dövlət, bu zəhərin külli miqdarda sərhəddən keçirilmısinə imkan verir? Cavab göz qabağındadır, qəddini dikəldən, artıq dünyada hörmət qazanan müstəqil Azərbaycanda nə qədər gənc narkoman olub, öz evini yıxsa, bir o qədər yaxşıdır! Fars şovinistinə güclü, heç kimə baş əyməyən Azərbaycan gərək deyil. O qorxur ki, sabahları qəflət yuxusundan ayılan 42 milyon azəri türkü Arazın bu tayında doğma qardaşının nələr qazandığını görüb qeyrətə gələcək, kimlərin övladı olduğunu dərk edib dilini yasaq edənləri yerinə oturdacaq.

Qoy fars şovinistləri xəcalətdən yerə girsinlər. Azərbaycan gənci ayətüllahlardan gözlədiyi sözləri pravoslav və yəhudi din xadimlərindən eşitdi!

Fars şovinistlərinin nə haqları var bizə dindən, imandan moizə oxusunlar? İşğal edilmiş şəhər və kəndlərdən bütün rəngli metalı, dəzgahları, konstruksiyaları, avadanlıqları vəhşicəsinə tarac edib İrana daşıyanlar onlar deyildimi?

Yaşlı nəsil yaxşı bilir ki, 90-cı illərin əvvəllərində İran keşiş-mason dünyasının amansız təxribatı ilə üzbəüz duranda Azərbaycan mətbuatında ən kəskin yazılarla mən çıxış edirdim. Məni hətta iranpərəstlikdə də suçlayırdılar. Peşman deyiləm, onda da, indi də özümü haqlı sayıram.

Bir niyyətim var idi, müştərək milli-mənəvi dəyərləri nə etdiklərini qanmayan ayran vətənpərvərlərindən qorumaq – istədiyimə nə qədər nail olmuşam, onu deyə bilmərəm.

Amma İranın rəsmi dairələrinin bir könüldən min könülə erməni faşistlərinə aşıq olmaları məni özgə cürə sarsıtdı.  İşğal edilmiş rayonlardan daha o sərvət qalmadı ki, İranlılar daşıyıb aparmasınlar. Düşmənlərimiz sanki onlarla müqavilə bağlamışdılar, nəyi istəyirsiniz sökün, kəsin, aparın, amma bizi ərzaqla, sursatla təmin edin. Onlar da əməlli-başlı təmin etdilər də!

Tarixdə misli-manəndi görünməmiş tragikomediya baş verirdi, erməni köpəklərinin istehzalı baxışları altında bir müsəlman halallıq, haramlıq qanmadan digərinin malını, mülkünü tarac ediridi. Bu barədə danışmaq ağırdır, amma bu baş verib, unudulası dərd deyil.

Daha bir ricət.

Prezidentin növbəti çıxışına kövrəlmiş halda qulaq asdım. Zəngilan da azad edildi… Televizordan gözümü çəkə bilmirəm, o adam yoxdur ki, Ali Baş komandana, onun ordusuna minnətdarlığını, ehtiramını bildirməsin. Mən isə sabahı fikirləşirəm, bütün varlığımla əminəm ki, zəfər yürüşümüz bitər-bitməz, məmləkətin qeyrətmənd insanları əl-ələ verib tar-mar edilmiş təsərrüfatı dirçəldəcək, yeni-yeni binalar tikəcək.

İxtiyar sahibi olsaydım, mən hakim partiyanın bu illər ərzində böyük sərvətlər toplamış əmirlərini, harınlamış maqnatları bir yerə cəm edib, yerlə yeksan edilmiş məskənlərin bərpasını onlara həvalə edərdim. Və sonra da onlara deyərdim: – Sizlərdən çox az adam həbs olunub, vətən qarşısında elə günahlarınız var ki, onları bağışlamaq mümkün deyil. Oğurladığınız milyonları, milyardları dinməz-söyləməz qoyun ortalığa və başlayın abadlıq işlərinə, vaxtınız da bu qədər… Yetim-yesirə də əl tutmaq öz yerində … Əks təqdirdə sizləri verərəm bu cəfakeş xalqın cənginə. Düşməni         qəhr edərək doğma torpağını müasir faşistlərdən təmizləyə bilmiş insanlar başınıza elə oyunlar açarlar ki, dəymişiniz qalıb kalınız tökülər…

… İkinci dünya müharibəsi bitəndə Sovet İttifaqının   Avropa hissəsində bir salamat fabrik – zavod qalmamışdı. Onda nə korrupsioner vardı, nə rüşvətxor, qohumbazlığın kökü kəsilmişdi. Stalinin zəhmli üsul-idarəsinin sayəsində üç-dörd ilin ərzində nəhəng sənaye müəssisələri işə düşdü. Onu da deyim ki, Rusiyanın bütün adlı-sanlı mədəniyyət xadimləri, ələlxüsus şair və yazıçılar əsgər paltarını ancaq 45-ci ilin payızında əyinlərindən çıxartdılar. Özü də onlar bu hərbi paltarları kiməsə xoş gəlmək xatirinə geyməmişdilər.

Firuz Haşımov