Düşmənin dinc sakinləri atəşə tutmasının səbəbləri…

108

Fəzail Ağamalı: “Ermənilərin törətdiyi bəşəri və hərbi cinayət onların xarakterindən irəli gəlir”

Siyavuş Novruzov: “Onların xislətində, genetikasında xəyanət, yalan və barbarlıq var”

Zahid Oruc: “Düşmən Ağdərdən sonra, ikinci mühüm nöqtə olan Hadrutu əldən verməsiylə barışa bilmir”

Gəncədə 9 insanın qətli və bir çox insanın yaralanması ilə nəticələnən məlum qorxunc hadisədən sonra, ATƏT-in həmsədr dövlətləri başda olmaqla, bir çox beynəlxalq təşkilatlar və dövlətlər susmaqda davam etməkdədir. Dünya tarixinə yazılacaq qanlı terror hadisəsi bir daha sübut etdi ki, Ermənistan dövlət səviyyəsində terrorçu dövlətdir və məğlubiyyətdən xilas olmaq ümidi ilə hər cür vəhşiliyə əl atır.

“Bizim bu etnosla bir ölkədə yaşamağımız mümkün ola bilməz”

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ermənilərin etnos olaraq, 200 ildən üzü bəri Azərbaycan, Osmanlı və Anadolu türklərinə, eyni zamanda Orta Asiyada yaşayan türklərə qarşı bu cür vandal davranışlarını hər zaman nümayiş etdirdiyini bildirib: “Bu, Ermənistanın söykənmiş olduğu antibəşəri ənənələrə söykənir. Ermənilər etnos olaraq, 200 ildən üzü bəri Azərbaycan, Osmanlı və Anadolu türklərinə, eyni zamanda Orta Asiyada yaşayan türklərə qarşı bu cür vandal davranışları hər zaman nümayiş etdirib. Əllərinə imkan düşən kimi türklərə qarşı özünün barışmaz vəhşi düşmənçiliyini ortaya qoyub. Bununla bağlı çoxlu faktlar var.

Xatırlatmaq istəyirəm ki, keçən əsrin 80-ci illərindən başlayaraq, Azərbaycanda seporatizmi genişləndirərək, Azərbaycan torpaqlarına vandalizm siyasətlərini ortalığa qoyublar. İnsanlığa və bəşəriyyətə qarşı misli görünməmiş Xocalı soyqrımını törədiblər. Eyni zamanda, işğal olunmuş torpaqlarımızı işğal edərkən, mülki əhalini ( uşaq, qoca, qadın) silahdan keçirərək öldürüblər. Öldürdükdən sonra, onların meyitləri üzərində müxtəlif şəkildə öz vəhşiliklərini həyata keçiriblər. Sonrakı illərdə Azərbaycanda  metroda, avtobusda  törətdikləri terror aktlarıyla bu cür xislətlərini bir daha ortaya qoyublar. Sentyabrın 27-dən Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayıb. Lakin yenə də onlar öz ənənələrinə sadiq qalaraq, mülki əhaliyə qarşı amansız döyüş aparırlar. Gəncədən öncə Tərtər, Bərdə, Ağdam, Goranboy, Ağcabədi, Beyləqan, hətta Abşeron və Xızıya qədər mülki əhalini atəşə tutdular. Ermənilərin törətdiyi bəşəri və hərbi cinayət onların xarakterindən irəli gəlir. Ermənilərin ruhu zəhərlənib. Onlar cəmiyyət olaraq, çox təhlükəli və faşist düşüncələrini öz psixologiyaları və əməllərində daşıyan etnosdur.

Digər tərəfdən, Gəncəyə hücum insanların yatdığı saatlarda törədilib. Onlar uşaq, qadın bilmədən müharibəylə hər hansısa bağlılığı olmayan ərazini raket atəşinə tutub. Nəticədə iki bina yerlə yüksan olunub və doqquz nəfər həlak olub. Xeyli sayda da yaralı var. Allah onlara da şəfa versin. Ermənilərin niyyəti insanları məhv etmək idi. Nəticədə istəklərini reallaşdırdılar. Çox böyük dağıntı var. Raketin düşdüyü 500-600 metr radiusda böyük dağıntılar var. Bu da erməni vəhşiliyini bir daha nümayiş etdirdi. Əsas niyyət Azərbaycan xalqını sındırmaq və daxildə  təşviş yaratmaqdır. Həmçinin, ordumuzun döyüş qabiliyyətini zəiflətmək istəyirlər. Bununla da öz çirkin məqsədlərini nail olmaq istəyirlər. Azərbaycanın qazanmış olduğu uğurlara qəzəblənən ermənilər hara gəldi, atəş açır. Mingəçevir İES-i də vurmağa çalışdılar. Lakin məqsədlərinə nail olmadılar. Hava Hücumundan Müdafiə qüvvələrimiz Mingəçevirə tuşlanmış raketləri göydə məhv etdi.

Artıq düşmən vəhşiliyin bütün parametrlərini nümayiş etdirir. Ona görə də bu etnosla bizim bir ölkədə yaşamağımız mümkün ola bilməz. İllər boyu onların düşüncə tərzi faşistləşib. Bu baxımdan, onların cəmiyyəti ilə dövlətləri arasında fərq yoxdur. Hər bir erməni faşist düşüncəli insandır. Belə olmasa, onlar hərbi-siyasi rəhbərliyinə “dur!” deyə bilərlər. Görünən odur ki, demirlər. Hərbi-siyasi rəhbərliklərinin atmış olduğu addımlar ermənilərin daxilindən gəlir.

Buna rəğmən, xalqımız nikbindir və düşmənə qarşı daha qəzəblidir. Bu birlik bizi qələbəyə doğru aparır. Şübhə etmirəm ki, qələbə bizimlə olacaq. Ölkə prezidentinin dediyi kimi biz dayanmayacayıq. Böyük Vətən müharibəmizi sona kimi davam etdirəcəyik. Nəticədə, ermənilərə tarixi dərsi verəcəyik. Tezliklə, işğal olunmuş torpaqlarımız azad olunacaq və xalqımızın tarixinə şərəfli səhifələr yazılacaq”.

“Onlar bilirlər ki, 200 illik savaşı uduzmaq, təkcə Qarabağ bölgəsində deyil, ümumilikdə dünyada erməni mövqeyinə təsir edəcək”

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc isə düşmənin Gəncəyə hücumunun ilk növbədə Hadrutda Ermənistan ordusunun acınacaqlı məğlubiyyətə uğramasıyla bağlı olduğunu dedi: “Azərbaycanın ikinci, Cənubi Qafqazın dördüncü böyük şəhəri olan Gəncəyə hücum ilk növbədə Hadrutda Ermənistan ordusunun acınacaqlı məğlubiyyətə uğramasıyla birbaşa bağlıdır. Biz həmin ərazini hərbiçilərin gözü ilə qiymətləndirməli olsaq, görərik ki, düşmən Ağdərdən sonra, ikinci mühüm nöqtə olan Hadrutu əldən verməsiylə barışa bilmir. Nəzərə almalıyıq ki, Hadrutun əldə olunması bir neçə istiqamətə doğru çıxış deməkdir. Qarşı tərəf düşünür ki, Azərbaycan müharibəni sistemli şəkildə aparır. İlk növbədə hərbi qoşun növləri arasında düzgün koordinasiya qurulub. İstər havadan, istərsə də artilleriya qüvvələri hücumlar təşkil edərək, düşmənin texnikalarını məhv etdikdən sonra piyada qüvvələri daha irəli gedir və digər əraziləri işğaldan azad edir. Bütün bunların fonunda qarşı tərəf müharibənin ərazi dairəsini genişləndirməyə çalışdı.

Onlar informasiya müharibəsini də düzgün apara bilmir. Paşinyan elə düşünür ki, qəzetlərə və televiziyalara müsahibə verməklə zəbt etdikləri əraziləri saxlamaq olar. Ermənistan birinci olaraq, hərbi əməliyyat rayonunu orta zolaqlara (Tərtər, Goranboyun müyyən hissəsində) keçirmək niyyətindədir.

İkincisi, strateji obyektlərə zərbə vurmaq istəyir və Azərbaycanı müəyyən risklərlə üz-üzə qoymaq istəyirlər.

Üçüncüsü, müharibəni regional miqyasda böyütmək və üçüncü dövlətləri bura cəlb etməkdir.

Dördüncüsü, müharibəni informasiya resurslarında aparırlar. Sosial şəbəkələrdə müxtəlif yalan informasiyalar paylaşırlar. Belə olan təqdirdə, Gəncəyə edilən hücum da bu amillərlərlə bağlıdır.

Digər tərəfdən, humanitar atəşkəsi pozub, Gəncəyə atmaqla Rusiya Azərbaycan münasibətlərini pozmağa çalışırlar. Biz onlara qarşılıq vermiş olsaydıq, növbəti dəfə Paşinyan rejiminin yalanlarla dolu informasiya hücumuna məruz qalmış olacaqdıq. Belə olan təqdirdə KTMT-yə üzv olan dövlətlər ardıcıllıqla müharibəyə qoşula bilərdi.

Bu humanitar dəhlizin açılması fonunda Gəncəyə hücumun müəyyən səbəblərindən biri də cəsədlərin yığılaraq, Ermənistana getməsinin onlarda yaratdığı şok oldu. Onlar bilirlər ki, 200 illik savaşı uduzmaq, təkcə Qarabağ bölgəsində deyil, ümumilikdə dünyada erməni mövqeyinə təsir edəcək. Təbii ki, bunu da Paşinyana heç kim bağışlamayacaq. Erməni cəmiyyəti təkcə onun istefasını deyil, eyni zamanda Paşinyanla bağlı cinayət işinin qaldırılması tələb olunacaq. Rusiyadan alınmış müəyyən silahların Köçəryanın əliylə ötürülməsi fonunda digər alternativ qüvvələrin toparlanması və Paşinyanın sonuna çıxmaları müşahidə olunacaq. Xalqın müəyyən bir hissəsi hazırki hakimiyyətə deyil, ənənəvi keçmiş qüvvələrə üz tutur ki, bəlkə məğlubiyyətdən xilas ola bilər. Halbuki, Azərbaycanın əsas məqsədi öz torpaqlarını işğaldan azad etməkdir.

Hesab edirəm ki, dünən (srağagün-red.) baş verən faciə ilk növbədə Rusiya prezidenti Vladimir Putinin təşəbbüslərinə və Moskvadakı razılaşdırılmış sənədin bəndlərinə vurulan zərbə idi. Şübhəsiz ki, Ermənistan Azərbaycan prezidentinin bəyan etdiyi kimi, sonuncu şansı belə dəyərləndirə bilmədi. Əminəm ki, Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlarını davam etdirəcəkdir. Düşmənin məqsədi itirdikləri torpaqları geri qaytarmaqdır. Lakin niyyətlərinə nail ola bilmir. Əvvəlkindən daha çox itki verib, geri çəkilirlər. Azərbaycan problemi siyasi məqsədlərlə həll etmək istəyir. Artıq bunun birinci mərhələsi Moskvada həll olunubdur. Virtual məkanda Ermənistanda aparılan dəfnlərdən 90 faizinin, Ermənistandan gələn əsgər və zabitlər olduğunu görə bilərik. Gəncəyə edilən hücumun qisasını yeni ərazilərin işğaldan azad olunmasıyla alacayıq”.

“Ermənistan indiyə qədər heç bir razılaşmaya əməl etməyib”

Milli Məclisin deputatı Siyavuş Novruzov Ermənistanın indiyə qədər heç bir razılaşmaya əməl etmədiyini və imzaladığı sənədlərin heç birinə sadiq qalmadığını bildirib: “Düşmən dövlətin bu cinayətkar əməli təkcə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də humanitar atəşkəsin əldə olunması üçün vasitəçilik etmiş Rusiyaya böyük hörmətsizlikdir. Ermənistan humanitar atəşkəsə əməl etməməklə və mülki əhalini hədəf almaqla bəşəriyyətə qarşı müharibə aparır, dünyaya meydan oxuyur. Humanitar atəşkəsin imzalanması ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana son şans verdi, sonuncu xəbərdarlığını etdi. Amma görünən odur ki, Ermənistanın faşist rəhbərliyi doğru nəticə çıxarmayıb, işğalçı ölkə öz sonunu hazırlayır. Ermənistan indiyə qədər heç bir razılaşmaya əməl etməyib, imzaladığı sənədlərin heç birinə sadiq qalmayıb, beynəlxalq hüquq normalarına heç vaxt məhəl qoymayıb. Onların xislətində, genetikasında xəyanət, yalan və barbarlıq var. Həmçinin Ermənistan bu zamana kimi işğalçı siyasətinə, təxribatçı hərəkətlərinə görə cəzalandırılmayıb, beynəlxalq sanksiyaya məruz qalmayıb. Elə bu cəzasızlıq mühiti faşist Ermənistanı daha da azğınlaşdırıb. Sual olunur: hələ humanitar atəşkəs əldə olunmamışdan qabaq “müharibəni dayandırın” çağırışları edən dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Parlamenti, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu və s. indi nə üçün Ermənistanın soyqırımına bərabər müharibə cinayətlərini qınamırlar?!

İndi işğalçı Ermənistanın bir yolu var: ya təcavüzkar hərəkətlərini dayandırmalıdır, ya da Azərbaycan tərəfindən ən ağır şəkildə cəzalandırılacaq. Və yaddan çıxarmasınlar ki, Azərbaycan mütləq şəkildə öz ərazi bütövlüyünü bərpa edəcək”.

YƏHYA