Düşmənin bu gecə məhv edilən döyüş texnikasının SİYAHISI

75

Xəbər verdiyimiz kimi, oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Azərbaycan Müdafiə Nazirliyindən Hurriyyet.org -a verilən məlumata görə, döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.