Düşmənin Azərbaycanı hansı nöqtədən vurması DƏQİQLƏŞDİ

105

“Ermənistanın son hücumları kütləvi insan fəlakətinə səbəb ola biləcək haldır. Eyni zamanda Cenevre Konvensiyasına ziddir. Ermənistan bunu etməklə təxribat yaratmaq və üçüncü tərəfləri məsələyə cəlb etməyə çalışır”.

Modern.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz tivitter hesabında yazıb.

O, paylaşımına infoqrafika də əlavə edib. Həmin xəritə tipli infoqrafikada düşmənin Azərbaycana atdığı raketlərin Ermənistanın öz ərazisindən tuşlandığı göstərilir.

Ermənilər müxtəlif istinad nöqtələri ilə Gorus və Vardenis rayonlarından Azərbaycanın 6 mülki ərazisinə raket hücumları təşkil edib. Belə ki, Vardenisdən Xızı, Abşeron, Mingəçevir, Gəncə; Gorusdan isə Tərtər və Beyləqan atəşə tutulur.

Qeyd edək ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də tvitterdə sözügedən paylaşımı retvit edib.

Xatırladaq ki, H. Hacıyev ötən gün keçirdiyi brifinqdə Azərbaycanın peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdırılacağını bildirmişdi.