Düşmənin artileriya zərəbələrinə məruz qalmış Füzilinin Alxanlı kəndi – FOTO REPORTAJ

480

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Füzulinin Alxanlı kəndində evlər dağıntılara səbəb olub. Təmas xəttinə yaxın yerləşən Alxanlı kəndinə atılan mərmilər yaşayış evlərinə ciddi ziyan vurub. Mərmilərdən birinin tuş gəldiyi ev isə yanıb.

Döyüşlər zamanı ağır artilleriya zərbələrinə məruz qalan Alxanlı kəndinin dinc sakinləri davamlı olaraq düşmən tərəfindən atəşə tutulub. Evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Eyni zamanda dağıntılara məruz qalmış evlərin yaxınlığında Türkiyənin Qızıl Ay Cəmiyyəti tərəfindən çadırlar qurulub.

Hurriyyet.org-un əməkdaşı Alxanlı kəndində ziyan dəymiş evlərlə tanış olub.

YƏHYA