Düşmənin əhaliyə xain raket hücumları – onların böyük əksəriyyəti zərərsizləşdirilib…

45

Hərbi ekspertlər Azərbaycanın HHM Sisteminin imkanlarından danışdılar

Təcavüzkar Ermənistan tərəfindən Bərdəyə edilən son iki xain raket hücumu gündəmin əsas mövzularından birinə çevrilib. İki gün ard-arda düşmənin çirkin niyyətlərini həyata keçirməyə nail olması, nəticədə 30-a yaxin dinc sakinin həyatını itirməsi, yüzə yaxınının isə yaralanması bir məsələni daha çox gündəm edib. Bu da Azərbaycanın Hava Hücumundan Müdafiə sistemlərinin necə olması ilə bağlıdır.

Hərbi ekspert Ruslan İmamquliyev güclü sistemlərə malik olduğumuzu söylədi: “Bizim Hava Hücumundan Müdafiə sistemimiz var və özü də yüksək səviyyədədir. Belə olduğu üçün də ciddi nailiyyətlərimiz var. Xüsusilə onlara aid olan ”SU 25″lərin zərərsizləşdirilməsi buna misaldır. Bundan başqa Hava Hücumundan Müdafiə vasitələri ilə ümumiyyətlə, operativ-taktiki ballistik raketlərin zərərsizləşdirilməsi istiqamətində ciddi işlər görülür. Zərərsizləşdirilən bir sıra raketlər də var. Nəzərə alın ki, onlar yaylım atəşli reaktiv sistemlərdən istifadə edirlər. Hansı ki, bu sistemlərin dinc əhaliyə qarşı tətbiqi beynəlxalq normalar çərçivəsində qadağan olunub. Yaylım atəşli reaktiv sistemlərindən olan “Smerç” Döyüş Maşınında sadəcə bir istiqamətləndirici deyil, 12 istiqamətləndirici buraxma borusu var. Bu isə ardıcıl mərmilərin atılmasına imkan verir. Hansı ki, kütləvi şəkildə raketlərin atılması halında Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi o qədər də asan deyil.

Qida və ərzaq logistikası necə tənzimlənməlidir? - Ruslan İmamquliyev ilə  MÜSAHİBƏ — Azfood

Ruslan İmamquliyev

Ermənistan Silahlı Qüvvələri bu silahları dinc əhaliyə qarşı istifadə etməklə yanaşı qadağan olunmuş kaset (klaster) raketlərin tətbiq olunması ilə daha da ağırlaşdırılmış hərb cinayətləri törətməkdədir. Buna cavab olaraq Silahlı Qüvvələrimiz qətiyyətlə adekvat cavab verməkdədir. Amma onlardan fərqli olaraq biz bu cavabı onların mülki əhalisinə qarşı deyil, hərbi obyektlərinin zərərsizləşdirilməsinə və məhv edilməsinə yönəltmişik. Bəli, bu gün yaxşı hal deyil ki, onlar bir neçə şəhərimizdə ard-arda eyni cinayətləri törətməkdədirlər. Bütün bunlar hərb cinayətləridir və beynəlxalq müstəvidə səsləndirilməkdədir. Qələbəmiz çox yaxındadır. Torpaqlarımız işğaldan tam azad edildikdən sonra Ermənistan bu cinayətlərinə görə cavab verəcək, qisasımız əsla yerdə qalmayacaq”.

Demokrat.az - Ölkə və dünya ilə bağlı xəbərlər

Ramil Məmmədli

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədlinin də bu istiqamətdəki fikirləri xüsusi diqqət çəkir: “Son günlərdə bu istiqamətdə gedən müzakirələr daha çox Bərdəyə iki gün ard-arda atılan raketlərdən gedir. Həmin raketlərin xüsusiyyəti əməliyyat taktik raket komplekslərindən fərqlidir. Onlar raket adlandırılmasına baxmayaraq, reaktiv yaylım atəş sistemləridir. Bu sistemlərin xüsusiyyəti digərlərindən fərqlənir. Onu fərqləndirən cəhət onların ölçülərinin xırda olmasıdır. Həm də onlar ”katyuşa” formatında olan raket sistemləridir. Belə olan təqdirdə Hava Hücumundan Müdafiə Sistemi həmin raketləri əldə edə bilmir. Yəni “Smerç” yaylım atəş sistemi bir-birinin ardınca sürətli şəkildə qurğudan çıxır və əraziyə doğru gedir. Digər tərəfdən Hava Hücumundan Müdafiə Sisteminin aidiyyəti qurğuları həmin raketləri görür. Lakin vura bildiyini zərərsizləşdirir, vura bilmədiyini isə zərərsizləşdirməyə nail olmur. Biz bilmirik ki, Bərdəyə bu raketlərdən neçəsi atılıb. Buna görə də deyə bilmərik ki, o raketlərin niyə ikisi ora düşə bilib. Məsələn, Gəncə şəhərinə edilən son xain raket zərbəsində atılan bir deyil, bir neçə raket idi. Onları zərərsizləşdirmişdilər, lakin biri düşə bilmişdi. Atılan raketlərdə təbii ki, bir nömrəli məqsəd hərbi obyektlərdir, sonra digər ərazilərdir. Məsələnin bu yerə qədər texniki tərəflərindən daha çox danışdım. Onu da deyim ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi nəinki regionun, həm də keçmiş SSRİ-nin, bəlkə də deyərdim ki, dünyanın hava hücumu nöqteyi-nəzərindən ən yaxşı qorunan bölgələrindən biridir.

Mülki insanlara hücum tapşırığı verən Ermənistan rəhbərliyi layiqli  cavabını alacaq - Hərbi ekspert

Sovet dövründə Azərbaycan SSRİ-nin hərbi təyinatlı ərazisi idi. Qafqaz hərbi dairəsinin əsas hərbi bazaları bu ərazidə yerləşirdi. Həmçinin Türküstan hərbi dairəsinin – indiki Orta və Mərkəzi Asiya adlanır – idarəsi Bakı istiqamətindən həyata keçirilirdi. Azərbaycan əraziləri hələ o zamanlar üçün güclü sayılan “S-75″, ”S-125″, “S-200″ və digər Hava Hücumundan Müdafiə sistemləri ilə təchiz olunmuşdu. Müstəqillik dövründə də bu istiqamətdə böyük işlər görülüb. Bu baxımdan demək olmaz ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi zəifdir. Yəqin ki, hərbi əməliyyatlar bitəndən sonra bununla bağlı ətraflı məlumatlar veriləcək. Ümumilikdə, onu demək istəyirəm ki, Ermənistan müharibə başlayandan bu günə qədər onlarla əməliyyat taktik raket komplekslərini Azərbaycanın dinc əhalisinin yaşadığı şəhər və rayonlara atıb. Onların böyük əksəriyyəti, bəlkə də, 90%-dən çoxu zərərsizləşdirilib. Bizim bildiyimiz Gəncəyə iki, Mingəçevirə bir raket düşüb. ”Smerç” yaylım atəş sistemi isə bildiyimiz kimi Bərdəyə düşdü. Vəziyyət bu cürdür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”