Düşmən Bərdənin kəndlərini də atəşə tutdu – Xanərəbə 4 top mərmisi düşdü

105

Ermənistan silahlı birləşmələri 3 gündür ki, Tərtər şəhəri və ətraf kəndləri atəş altında saxlayır.

Musavat.com-un cəbhə xəttinə ezam olunan əməkdaşları bildirirlər ki, sentyabrın 29-da Bərdənin Xanərəb kəndinə də 4 top mərmisi atılıb.

Mərmilərdən biri həyətlərdən birinə düşüb. Sakinlər Musavat.com müxbirinə bildiriblər ki, 3 mərmi əkin sahələrinə, digər mərmi isə evlərdən birinin həyətinə düşüb. Evin həyətinə düşən mərmi dağıntılara səbəb olub. Tələfat yoxdur.