Düşmən Ağdama 10-a yaxın top mərmisi atıb

546

Noyabrın 5-i saat 14:40-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən tərəfindən rayonun Hacıturallı və Əfətli kəndləri ərazisinə ümumilikdə 10-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.