Dünyanın gözlədiyi xəbər gəldi! – PEYVƏND TAPILDI!

6

Hurriyyet.org xəbər verir ki, Çinin Vuhan şəhərində meydana çıxan və dünyada sürətlə yayılan ölümcül epidemiya olan koronavirusla bağlı xoş xəbər yayılıb. Çindən gələn son xəbərdə koronavirusun peyvəndinin tapıldığı iddia edilir.

Çinin Rusiyadakı səfiri  Çjan Hanhuey Rusiya mətbuatına açılamasında koronavirusun peyvəndinin tapıldığını, lakin meydana çıxarılması üçün axırıncı testlərin aparılmasının gözlənildiyini bildirib: “Çindəki elm adamlarımızın tapdıqları dərman öz təsirini isbat edib və testlər uğurla davam edir”.

Dərmanla bağlı işlərin son məhrələsinin qısa müddətdə bitirlməsi nəzərdə tutulur və fevral ayının axırına qədər Çinin bütün şəhərlərində həyatın öz normal axarına düşəcəyi gözlənilir. Virusun yayıldığı mərkəzdə isə həyatın mart ayına qədər öz yoluna düşməsi gözlənilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da öz çıxışlarının birində koronavirus epidemiyasının aprel ayına qədər davam edəcəyini bildirmişdi: “Apreldə havaların isinməsi ilə koronavirusun da axırı çatmış olacaq”.

Hurriyyet.org