Dünyanın ən qısaboy gənci idi… – “Körpəliyində ovcumuza sığırdı”

36

Hurriyyet.org xəbər verir ki, dünyada hərəkət edə bilən ən kiçik boylu kişi olaraq 2010-cu ildə “Ginnesin rekordlar kitabı”na düşmüş nepallı Xanqendra Thara Maqar sətəlcəmdən müalicə aldığı xəstəxanada, 28 yaşında dünyasını dəyişib.

67 sm boyu olan Maqarın atası Dhan Maya “Ginnesin rekordlar kitabı”na açıqlamasında övladlarının fərqli olduğunu onun dünyaya gəldiyi gündən başa düşdüklərini bildirərək demişdi: “Anadan olanda o qədər kiçik idi ki, ovcumuza yerləşirdi. Çox balaca olduğundan yuyundurmaq da çətin idi”. Thara Maqadın özündən kiçik qardaşının boyu isə normaldır.

Hurriyyet.org