Dünyanın siyasi mənzərəsi

126

Trampın yenidən prezident seçilmək istəyi, Lukaşenkonun öz postunu tərk etməmək üçün ölümə belə hazır olması və…

Qəribə dövrdə yaşayırıq. Elə bil dövlət başçıları ağıllarını tamam  itiriblər. Bir dövlət açıq-aşkar digərinə qarşı görünməmiş əməllərdən çıxır. Amma heç kim bundan danışmır və əhəmiyyət vermir. Ümumiləşdirib desək  bütün dünya, xüsusilə də Avropa ölkələri həm Putinin zurnasıyla oynayır, həm də vacib məsələləri kənara qoyub fantastik xülyalara əsasən siyasət yürüdürlər. Hamıya aydın oldu ki, ABŞ-da son prezident seçkilərində Trampı  Putin hakimiyyətə gətirdi. Onun mahir xakerləri və trolları okeanın bu tayından  okeanın o tayındakı ABŞ seçki kompüterlərinə müdaxilə edib səslərin sayını Trampın xeyrinə olaraq dəyişdirə bildilər. Çünki açıq-aşkar xanım Hillari Klinton prezident seçiləcəkdi. Nəticədə cüzi bir hay-küy qalxsa da nə konqres, nə senat, nə də xalq məsələnin dərinliyinə getmədi. Tramp prezident oldu və bütün beynəlxalq məsələlərdə Rusiyanın mənafeyinə uyğyn hərəkət etdi. Hətta  bunu gizlətməyib də Putinlə təkbətək görüşüb, onun nəinki üzünü, hətta əllərini belə dönə-dönə öpdü. Az qala bunu da hamı gördü, çünki təkbətək görüşə heç bir ehtiyac yox idi.

Tramp Rusiyanın mənafeyinə uyğun olaraq və Amerikanın bütün strateji mənafelərinin üzərindən xətt çəkərək Suriyanı Putinə təhvil verdi, Amerikanın əleyhinə  və Rusiyanın müttəfiqi olan ölkələrə də nəinki müdaxiləni davam etdirdi, quru hədyanlar gəlməklə konqresi, Amerika xalqını və dünya ictimaiyyətini ələ saldı. Bu başdanxarab prezident ikinci dəfə seçilmək üçün özündə cəsarət tapdı. Bu cəsarəti isə ona öz ölkəsinin konqresi, xüsusilə də senatı və xalqı verirdi.  Bu adam da nə giclik qalmadı, etməsin. Və bu gicliyin nəticəsidir ki, bir nəşəxor zəncinin ölümünə görə bütün Amerika cavanları küçələrə axışıb olmazın yaramazalıqlardan çıxıb, dövlətə yüz milyardlarla zərər vurdular. İş o yerə çıxdı ki, bu adam Amerikanı o günə qoydu ki, bütün cavanlar sosialist inqilabının tərəfdarlarına çevrildilər. İşə bax ha! Ən çiçəklənən kapitalist ölkəsində yüz minlərlə cavan harınlıqdan şıllaq atmağa başladı. Hamısı da ABŞ prezidentinin sarsaq siyasəti nəticəsində.

Avropada da heç də ürəkaçan  deyil. Bir tərəfdən qoca Angela Merkel alman xalqının böyük zəka və əməyi nəticəsində behiştə çevrilən Almaniyanı qudurğan zənci və ərəb miqrantları ilə doldurub, neylədiyini sanki qətiyyən bilmir. Rusiyadan neft və qaz alıb Putini və onun oliqarxlarını milyarderlərə çevirir. Vaxtilə ADR-də komsomol komitəsinin katibi olan bu xala Avropada aparıcı siyasi ölkəni qitənin quyruqda gedən ölkəsinə çevirib.

Fransa prezidenti  Emmanuel Makronun gicbəsərliyi isə həmişə ağıllı seçim edən fransız xalqının da almanlardan geri qalmadığını sübut edir. Avropa parlamentinin, onun rəhbərlərinin nə dərəcədə doğrunu yalandan, ədaləti ədalətszilikdən fərqləndirə bilmədiyini nümayiş etdirir. Bunun üçün Dağlıq Qarabağ konfliktinə olan münasibətə nəzər salmaq kifayətdir. Abxaziya əsrlər boyu müstəqil ölkə olub. Çünki abxazlar tamamilə gürcülərdən fərqli və qat-qat da döyüşkən bir xalqdır. Oranı Cənubi Osetiya kimi  Stalin zorla Gürcüstana qatmışdı və bu xalq  1992-93-cü illərdə sayca özlərindən 20-30 dəfə artıq olan Gürcüstanı rüsvaycasına məğlub edib ölkələrindən qovdular və təbii ki, müstəqil dövlət oldular. Amma Avropa və dünya ölkələri onları zorla Gürcüstanın bir hissəsi hesab edir. Hətta vaxtilə Gürcüstanın tərkibində olsalar belə, bəs xalqların öz  müqəddəratını həll etmək hüququ harda qaldı? Avropa ölkələri bunu qətiyyən hesaba almırlar.

Amma XX  əsrə qədər öz dövlətləri olmayan Osmanlı imperiyasını içində yaşayan və orda dönə-dönə türklərə xəyanət edib, onun düşmənləri ilə əlbir olan ermənilər yalnız XIX və XX əsrlərdə axışıb Qafqaza – yəni maymaq azərbaycanlıların torpaqlarına gəlib Ermənistan yaratdılar. Hətta dünənəcən indiki Ağdərədə Dağlıq Qarabağa köçüb gəlmələrinin 150 illiyi münasibətilə abidə də ucaltmışdılar. Amma Avropa ölkələrinin eşşəkbeyin başçıları və parlamentariləri isə soruşmurlar ki, ay arxası güclü olan rəzil ermənilər, Azərbaycanın tərkibində vilayət kimi nəyiniz çatmır? Üstəlik Ermənistandan sonra ikinci müstəqil erməni dövləti tələb edirsiniz. Amma yox, fahişə Fransa, Almaniya və digər Avropa ölkələri prezidentləri  həqiqətin üzünə tüpürürlər.

Çünki bu həqiqət Azərbaycan xalqının tərəfindədir. Azərbaycan xalqı isə hələ də müstəmləkə olaraq qalır və bütün Avropa bunu gördüyünə görə bizi adam yerinə qoymurlar. Axı o gündə ki biz yaşayırıq, o köləliyə ki biz dözürük, heç türkmən və ya xalqı da belə şeyə dözə bilməz.

Nəhayət keçək  Xabarovsk  və Belarusiya hadisələrinə. Xabarovsk diyarında ay yarımdır ki, xalq qəhrəmancasına ayağa qalxıb Putinin xoşuna gəlməyib həbs olunan qubernatorlarının azad olunmasını tələb edirlər. Amma başa düşmürlər ki, Putin və onu əvəz edən Deqtyarev demişkən, hə çıxın nə qədər istəyirsiz qışqırın. Halbuki beş-on gündən sonra, dövlətin heç bir reaksiya vermədiyini görəndən sonra yığışıb öz yeni xalq hakimiyyətlərini yaratmalıydılar. Qorxurlarsa, bəs onda niyə hər gün küçələrə axışırlar? Putin elə bir məxluqdur ki, heç vaxt dediyindən dönmür və ümumiyyətlə, demək olar ki, hər gün Rusiya xalqlarının üzünə tüpürür.  Onları nəinki insan, hətta heyvan da hesab etmir. Heç bir azğın prezident o boyda diyarın bütün əhalisini gülləbaran və hətta həbs belə edə bilməz. Məgər onlar Putini tanımırdılar? Məgər bilmirdilər ki, normal psixika sahibi olmayan Putin heç vaxt tüpürdüyünü yalamır. Mərdliyindən, cəsarətindən yox ha, qarşısındakının qorxaq və miskin olduğunu bildiyinə görə.

Və beləliklə artıq iki aya yaxındır ki, Xabarovskda faydasız mitinqlər davam edir. Putin də vecinə almayıb öz kefindədir.

Lakin ən gülməli hadisə indiyə qədər heç vaxt səsi çıxmayan Belarusiyada baş verir. Oranın ilk prezidenti hələ gənc yaşlarında mozaik psixopat diaqnozu ilə açıq-aşkar başdanxarab olan Aleksandr Lukaşenkodur.

Bu adam idiotlar idiotu, gicbəsərlər gicbəsəri, qəddarlar qəddarıdır. Bütün rəqiblərini ya öldürüb sıradan çıxarıb, ya da ölkədən qaçmağa məcbur edib. Budur, növbəti prezident seçkisinə gedir və  xalqın cəmi 7-8 faizinin səsini qazanacağını bildiyinə görə rəqiblərini həbs edərək sıradan çıxarıb. Nəticədə axı təkbaşına seçki olmaz. Kimsə olmalıdır ki, o seçilməyib, sən seçiləsən. Buna görə həbs etdiyi adamlardan birinin arvadını özünə rəqib edib. Amma 26 il ərzində xalqın o qədər zəhləsini töküb, nifrətini qazanıb ki, heç 5 faiz də səs toplaya bilməyib. Bir şərhçinin dediyi kimi, Lukaşenko hətta Afrikadan bir meymun tutub gətirib özünə rəqib etsəydi belə, xalq kütləvi halda meymuna səs verəcəkdi. Buna baxmayaraq Lukaşenko təbii ki, yenə seçkiləri saxtalaşdırdı, özünə 80 faiz, rəqibi olan arvada isə 10 faiz yazdırdı. Amma cana doymuş Belarus xalqı ayağa qalxdl. İndi necə deyərlər, daş qayaya rəst gəlib. Lukaşenko ölümə hazırdır, nəinki prezident olmamağa. Camaatın da ondan elə zəhləsi gedir ki, yenə onun murdar sifətini görməyə taqətləri qalmayıb.

Beləliklə dünyanın gözü bu iki bölgədədir. Qalanları, o cümlədən  bizim Dağlıq Qarabağ və başqa siyasi bədbəxtliklərimiz isə yaddan çıxıb.

Əlisa  NİCAT