Dünyanın ən yaxşısı “Mançester Yunayted”ə keçə bilər

276

İngiltərənin “Mançester Yunayted” futbol klubu İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştiano Ronaldonu almaq üçün yarımmüdafiəçi Pol Poqba ilə əvəzləmə həyata keçirə bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə “The Independent” qəzeti bildirib.

Məlumata əsasən, “Yuventus” 27 yaşlı P.Poqbanı “Qızıl top” mükafatına potensial namizəd sayır və 2012-2016-cı illərdə klubda oynamış bir oyunçunu yenidən almaq istəyir.

K.Ronaldonun komandanın lideri olmasına baxmayaraq, tələb edildiyi əmək haqqı “Yuventusun” yenidən qurma işlərinə başlamasına mane olduğu üçün İtalyan klubu buna qarşı çıxmayacaq.