Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU

12

Yaponiyanın Fukuoka şəhərinin sakini Kane Tanaka yeni rekord vurub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 117 il 260 günü tamam olan uzunömürlü qadın 2018-ci ildə vəfat edən həmvətəni Tadzima Nabidən 1 gün artıq yaşadığı üçün Yaponiya tarixinin ən uzunömürlü insanı adını qazanıb.

 

Qocalar evində yaşayan Tanaka tez-tez televizora baxır. O, şokolad və qazlaşdırılmış suyu çox sevdiyini deyir.