Dünyanı heyran, terroru viran qoyan “Bayraktar” dronları – çaşqın Ermənistan NATO-ya şikayət elədi

105

Ermənistan artıq kimdən kimə şikayət edəcəyini bilmir

Hurriyyet.org xəbər verir ki, cəbhədə böyük məğlubiyyətə uğrayan  və silahlı dronlar qorxusundan artıq hərbçilərini döyüş meydanında saxlaya bilməyən işğalçı Ermənistan NATO-ya müraciət edərək Türkiyənin “Bayraktar” Silahlı Pilotsuz Uçuş Aparatlarının Qarabağda istifadə edilməsinə icazə verilməməsini tələb edib.

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiyada dərc edilən “Kommersant” qəzetinə müsahibəsində rəsmi İrəvanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi səviyyəsində NATO rəhbərliyinə silahlarından Dağlıq Qarabağda istifadə edilməsinə razılıq verib-vermədiyi barəsində sorğu ilə müraciət etdiyini bildirərək deyib: “NATO rəhbərliyindən Türkiyənin hazırda gördüyü işi etməsi üçün yaşıl işıq yandırıb-yandırmadığı barəsində bir açıqlama almağımız lazımdır. Məsələ sadəcə, F-16-lar ilə bağlı deyil (Ermənistan yalan məlumat yayaraq “F-16” təyyarəsinin Ermənistana məxsus Su-25 qırıcısını vurduğunu iddia edir – red.). Türkiyənin “Bayraktar” adlı pilotsuz dronundan hər gün güclü şəkildə təkcə cəbhədə deyil, dinc sakinlərə qarşı da istifadə edilir. Bu, bir NATO məhsuludur və hissələri Avstriyadan Kanadaya qədər müxtəlif NATO ölkələrində istehsal edilir”.

Dünya heyranlıqla izlədi

İngiltərədə dərc edilən “Qardian” qəzeti də Azərbaycanın Qarabağdakı Vətən müharibəsinin fonunda Türkiyənin silahlı dronlarının üstünlüyündən yazıb. Bu barədə açıqlamanı türkiyəli siyasətçi Zəki Bahçe öz “Tvitter” hesabında paylaşıb. Paylaşmada deyilir: “Qardian” yazdı: “Bayraktarın dünya hərb sənayesinə vurduğu zərər 16 trilyon dollardır. Artıq tankların heç bir əhəmiyyəti qalmadı”.