Dünyadakı 7 atom elektrik stansiyasının enerjisi Bitcoinlərə sərf olunur

135

Bitcoin mədənçiliyi öz kompüterlərində mədənçilik edənlərlə başlayaraq, 50 min ən son model kompüterin quraşdırıldığı Qazaxıstandakı obyektə qədər fərqli bir miqyasda görülür. Bitcoin mədənçiliyi, bitcoin dəyərini artırdıqca hər gün daha çox işçi tapır.  Bu mədən qurğularının istifadə etdiyi enerji 7 nüvə stansiyasının gücünə bərabərdir. Techland.az-a istinadən bildirir ki, son araşdırmalar nəticəsində məlum oldu ki, Bitcoin mədəni dünyada böyük bir enerji istehlakına və dolayı yolla ətraf mühitə ziyan vurma amilinə malikdir.

Dünyadakı bitcoin mədən sənayesi 7.46 GW enerji istehlak edir, bu barədə bazar ertəsi Cambridge Center of Alternative Finance yaydığı açıqlamada bildirdi.  Bu enerji istehlakı saatda 63,32 terawatt-a bərabərdir.  Mədənçilər orta hesabla bir kVt üçün 0,03-0,05 dollar ödəyirlər.  Mart ayındakı məlumatlara görə, tam bir bitcoini əldə etmək üçün sərf olunan enerji dəyəri 7500 dollar civarındadır və mədənçi xalis qazanc olaraq təxminən 4000 dollar qazanır.