Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib –Con Hopkins Universiteti

75

Dünyada koronavirusa yoluxanların sayı 85 milyonu keçib. 

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Universitetin araşdırmasına görə, dünyada virusa yoluxanların sayı 85 059 632 nəfərə çatıb. 1,8 milyondan artıq insan virusun qurbanı olub.

Dünya üzrə ən çox yoluxma ABŞ-da (20,6 milyondan çox), Hindistanda (10,3 milyon), Braziliyada (7,7 milyon),  Rusiyada (3,2 milyon) və Fransada (2,7 milyondan çox) qeydə alınıb. (apa)