Dünyada 700 mindən artıq insan koronavirusdan sağaldı – Almaniya bu siyahıda birincidir

39

Hurriyyet.org xəbər verir ki, indiyə qədər dünyada 701 540 nəfər Kovid-19 virusundan sağala bilib.

“Worldometers.info” saytının məlumatına görə, Kovid-19 pandemiyası yayılandan bəri dünyada 2 572 776 koronavirus xəstəsi qeydə alınıb, xəstələrdən 701 540 nəfəri sağalıb, 178 550 nəfər isə yeni tipli koronavirusdan vəfat edib. Hazırda dünyada 1 693 075 nəfər aktiv xəstə vardır.

Dünyada yoluxma və ölüm saylarına görə ABŞ lider olsa da, Kovid-19-dan sağalanlar sırasında Almaniya birincidir.

Almaniyada 99 400 nəfər virusdan sağalıb.

İspaniyada  85 915,

ABŞ-da 82 973,

Çində 77 151,

İranda 60 965,

İtaliyada 51 600 ,

Fransada 39 181,

Türkiyədə isə 14918 nəfər virusdan sağalıb.

Hurriyyet.org