Dünyaca məşhur “həkim balıqlar” nədir? – İnanılmaz FAYDALARI

36

1843-cü ildə Avropalı bioloq Hekkel tərəfindən kəşf edilmiş "Garra Rufa balıqları" hazırki adı ilə, "həkim balıqlar" da adlanır.

Bir çox dəri xəstəlikləri, xüsusən sədəf xəstəliyinin müalicəsində istifadə edilir. Boyları 3-8 sm-ə qədər olan bu balıqlar bədəndəki ölü dəri qalıqlarını təmizləyir və dəri xəstəliklərinə qarşı effektiv təsir edir. Bundan əlavə, balıqlar masaj effekti yaratmaqla bədəni rahatlaşdırır.

Türkiyədə "kangal balığı" olaraq adlandırılan bu balıqların dişləri yoxdur. Bu səbəblə müalicə zamanı insan orqanizminə hər hansı bir şəkildə zərər vermələri mümkün deyil. Balıqların bu müalicə zamanı ölən dərini yediyi və eqzema və ayaq qoxusunun qarşısını aldığı təsdiqlənib. Masaj zamanı qan dövranı sürətləndiyindən dərinin gözəlləşməsi də müşahidə edilir.

Bu balıqlar masaj və spa salonlarında maraqla qarşılanır. Xüsusilə qadınlar tərəfindən tez-tez edilən pedikür prosedurlarında mühüm rol oynayır. Doktor balığı pedikürlərdən əvvəl ayaqların ölü dərisini təmizləyir, ayaqlarda qan dövranını artırır və təmiz və hamar olmasını təmin edir.
Ağızlarından ifraz olunan ditranol maddəsi ilə açıq yaraların bağlanmasını və müalicəsini təmin edirlər.Müalicə müddəti orqanizmdəki xəstəliyə görə fərqlidir. Əsasən 3 seans tətbiq edilir. Yarım saatlıq 3 seansdan sonra insanın dərisi pambıq kimi yumşaq olur. Bu prosedurun bədənin hər hissəsinə tətbiq oluna bilər. Həm kişilər, həm də qadınlar sessiyalarda bərabər iştirak edirlər.

Uzaq Şərqdə geniş yayılmış və uzun illərdir Çin, Yaponiya ilə yanaşı, Almaniya və ABŞ-da da geniş istifadə edilir. \\Oxu24.com