Dünya silah mafiyası ilə ÜZ-ÜZƏ – Amerika kəşfiyyatı dağıdıcı PLANIN DETALLARINI AÇDI

    3

    Vaşinqton və Moskva arasında artan gərginlik tezliklə başqa ölkələrlə ABŞ-ın münasibətlərinə ciddi təsiri göstərə bilər. Amerika qanunvericiləri bütün dünyada Kremlin hərəkətlərindən ehtiyat edərək, “Sanksiyalar vasitəsilə Amerikanın rəqibləri ilə mübarizə haqqında qanun” (CAATSA) çərçivəsində müdafiə və energetika sferalarında Moskvayla əməkdaşlıq edən ölkələrə qarşı ikinci sanksiyaları tətbiq edir. Sanksiyaların qüvvəyə minməsi bütün əlaqədar tərəflər üçün uzağa gedən nəticələrə gətirib çıxaracaq.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın tez-tez “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin materialında deyilir.

    Trampın geriyə yolu qalmadı

    “Stratfor”un analitikləri xatırladırlar ki, ikinci sanksiyalar ABŞ-ın xarici siyasəti üçün yeni deyil. Vaşinqton 2015-ci ildə İranla nüvə sazişinin imzalanmasına qədər Tehrana qarşı belə sanksiyalardan istifadə edib ki, Tehran öz davranışını dəyişdirsin. Amma İrandan fərqli olaraq Rusiya Avropa və Çinlə energetika və müdafiə sahəsindəki etibarlı münasibətlərlə lovğalana bilər. Bu baxımdan, Rusiyaya qarşı ikinci sanksiyalar bu ölkələrlə Birləşmiş Ştatların münasibətlərinə təsir edə bilər.

    CAATSA-ya uyğun olaraq Rusiyanın müdafiə və energetika sektorları ilə böyük sazişlər imzalayan istənilən şirkətlər və ya şəxslər cəzalandırılacaq. ABŞ prezidenti Donald Tramp CAATSA-ya müqavimət göstərirdi və yanvarın 29-da Konqres tərəfindən qəbulundan sonra qanunun icrasını təxirə saldı. Amma Konqresin artan təzyiqi ilə rastlaşan Tramp siqnal verdi ki, o qanunu tətbiq etməyə başlayacaq.

    “Amerika diplomatları həmçinin Rusiyadan silah alınması sahəsində yaranan boşluğu doldurmaq üçün ölkələri Vaşinqtonla müdafiə əlaqələrini genişləndirməyə vadar etməyə çalışırdılar. Belə danışıqlar onu göstərir ki, CAATSA-nın hədəfi yalnız pis davranışına görə Rusiyanı cəzalandırmaq deyil, həmçinin imkan daxilində ABŞ-ın silah satışlarını genişləndirməkdir”, – Amerika analitikləri hesab edirlər.

    Demokratların nüfuzlu nümayəndələri və bəzi respublikaçılar yaxın vaxtlarda qanunun tətbiqində ləngimələrlə əlaqədar araşdırmanın aparılmasını xahiş etdilər. Amma, yubatmalara baxmayaraq, “Stratfor”un ekspertlərinin fikrincə, CAATSA göstərir ki, Birləşmiş Ştatlar başqa ölkələri Rusiya ilə müdafiə və energetika əlaqələrini azaltmağa məcbur etmək cəhdində heç vaxt olmadığı qədər qətiyyətlidir.

    Rusiyanın dünyaya təsiri ilə mübarizə

    Stokholm Sülh Problemləri İnstitutuna (SİPRİ) istinadən verdiyi məlumata görə, Rusiya həcminə görə dünyanın ikinci silah eksportçusudur. 2013-cü ildən 2017-ci ilə qədər bur sferada ölkənin payı 22 faiz (ABŞ 43 faizlə birinci yerdədir) təşkil edir. Demək olar ki, Rusiyanın silah ixracının üçdə iki hissəsi Asiyanın payına düşür, hərçənd Yaxın Şərq və Afrika da silahın əhəmiyyətli hissəsini alır.

    “Müdafiə sahəsində Rusiyanın ən sıx münasibətləri Çinlə, Hindistan və Vyetnamla bağlıdır. Rusiyanın silah icracının 58 faizi bu ölkələrin payına düşür. Son zamanlar Çin ən yeni Rusiya avadanlıqlarını, həmçinin “S-400” hava hücumundan müdafiə sistemləri və “Su-35” təyyarələri alıb. Hindistan və Vyetnam sovet vaxtlarından Rusiyanın hərbi avadanlıqlarından istifadə edirlər. Rusiya İndoneziya və Türkiyə ilə silah ticarət haqqında böyük razılaşmalar imzalayıb. “S-400” sistemlərinin Səudiyyə Ərəbistanı və Qətərə satışı haqqında danışıqlar aparılır. Birləşmiş Ərəb Əmirlikləri də həmçinin “Su-35” təyyarələrinin alınması imkanına baxır. Hərçənd, CAATSA ilə qarşılaşacağı ölkələrin siyahısı bununla bitmir. Əlcəzair, Myanma, Malayziya, Qazaxıstan və Efiopiya kimi ölkələr də tezliklə Rusiya ilə müdafiə sferasında sıx münasibətlərə görə çətin vəziyyətə düşə bilərlər”, – “Stratfor”un materialında qeyd edilir.

    Mümkün cavab

    “Stratfor”un ekspertləri Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı ikinci sanksiyaların tətbiqinin ABŞ-la onların münasibətlərinə necə təsir edə biləcəyini araşdırıblar.

    Çin: analitiklərin fikrincə, Çinin Rusiya ilə münasibətləri o qədər dərin və stratejidir ki, Pekin çətin ki, Moskvadan silah alışında güzəştlər edəcək. Böyük energetika layihələri sahəsində də vəziyyət eynidir. Rusiyadan qaz idxalını nəzərdə tutan “Sibirin gücü” qaz kəmərinin ləğvi mümkün görünmür.

    Hindistan: Moskva silahının əhəmiyyətli hissəsini, həmçinin döyüş təyyarələri, esmineslər, tanklar və bir atom sualtı gəmisini hind hərbçilərinə çatdırır. “BraMos” raketi Rusiya-Hindistan hərbi əməkdaşlığının məhsulu və hind hərbi sənaye kompleksinin müvəffəqiyyətinin göstəricisidir. Raket böyük ixrac potensialına malikdir. “Stratfor”da hesab edirlər ki, Hindistan Rusiya ilə öz münasibətlərini qurban etməyəcək. Bunun əvəzinə o daha çox Amerika silahı alaraq ABŞ-la kompromisə getməyə çalışacaq. Moskva ilə tarixi əlaqələrə baxmayaraq, Nyu-Dehli dünya arenasında öz təsirini artıqmağa çalışmaq üçün son iki onillik ərzində ABŞ-la hərbi və iqtisadi əlaqələrini genişləndirib. Hindistan Asiyada Çinin təsirinin artmasını tarazlaşdırmaq üçün daha çox ABŞ-a güvənir. Bir sözlə, Vaşinqtonda Nyu-Dehliyə təsirin bir çox lingi var. Nəticədə, ikinci Çinlə müqayisədə Hindistanı daha çox yaralayacaq. Ancaq daha uzunmüddətli perspektivdə sanksiyaların tətbiqi prosesi hind müdafiə sistemi və siyasi sinfində anti-Amerika əhval-ruhiyyəsini yandıra bilər.

    Vyetnam: Vyetnam demək olar ki, bütün hərbi avadanlığını Rusiyadan alır. 2016-cı ildə ABŞ Vyetnama tətbiq etdiyi silah embarqosunu ləğv edib. Buna baxmayaraq, Birləşmiş Ştatlarla Vyetnamın əlaqələri məhdud olaraq qalır. Bu o deməkdir ki, Vyetnam ikinci sanksiyalar halında Hindistanla müqayisədə daha güclü mövqedə olacaq. Amma faktiki olaraq CAATSA ona gətirib çıxara bilər ki, Vyetnam ABŞ-la müdafiə münasibətlərini möhkəmləndirməkdən imtina edəcək.

    İndoneziya: “Stratfor” qeyd edir ki, İndoneziya Birləşmiş Ştatlarla əlaqələrdə istənilən yolu seçə bilər. İndoneziyanın silahlı qüvvələri çoxdan müxtəlif ölkələrdən, həmçinin Rusiyadan silah alır. Xəbərlərə görə, İndoneziya fevralda Rusiyadan 11 ədəd “Su-25” təyyarəsinin alınması haqqında sazişə mane olmaq istəyən ABŞ-ın tələblərini geri çevirdi. Eyni zamanda İndoneziya ABŞ-ı ixracın əsas istiqaməti hesab edir.

    Türkiyə: Türkiyə NATO-nun üzvü kimi Amerikanın ikinci sanksiyalarının gözlənilməz hədəfidir. Amma, ekspertlər xatırladırlar ki, Ankara bütün ölkələrlə işgüzar münasibətlərə cəhd edir. İttifaqın daxilində davranış təcrübəsinin əksinə gedən Türkiyə Rusiyadan “S-400” sistemlərinin əldə edilməsi haqqında razılaşmanı imzaladı. Tramp administrasiyası tələb etdi ki, Ankara sazişi ləğv etsin. Lakin Ankara tələbi rədd etdi. İndi ABŞ Türkiyəyə 100 “F-35” təyyarəsinin satışını dayandıra bilər. Energetikada da vəziyyət oxşardır: Türkiyə və Rusiya arasındakı “Türk axını” qaz kəməri layihəsi Vaşinqton üçün ciddi çağırışdır. Qaz kəməri layihəsi sanksiyaların hədəfi ola bilər. Əgər Vaşinqton öz tələblərində təkid edərsə, Ankara Vaşinqtona təsirin əlavə lingi kimi Suriyada öz əməkdaşlığından istifadə edə bilər.

    Fars körfəzinin ölkələri: Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-la müqayisədə Rusiya ilə daha az hərbi əlaqələrə malikdir. Analitiklərin qənaətinə görə, bu ölkələrlə Moskvanın hərbi münasibətlərini azaltmaq daha asandır.

    Almaniya: energetikaya gəlincə, ABŞ-ın ən yaxın müttəfiqlərindən biri – Almaniya da Amerika sanksiyalarının hədəfi olacaq. “RoyalDutchShell”, “Uniper”, “OMV” və “Engie” kimi Avropanın böyük enerji şirkətləri “Şimal axını-2” qaz kəməri layihəsində iştirakına görə zərər çəkə bilərlər. Almaniya “Şimal axını-2” barəsində CAATSA-nın müddəalarını açıq ittiham edib. Berlin qlobal oyunçu mövqeyi sayəsində ABŞ-ın tələblərinə qarşı durmaq üçün bütün imkanlara malikdir. Bununla belə, “Stratfor”un ekspertləri vurğulayırlar ki, ABŞ-la güclü iqtisadi əlaqələr Almaniyanı Birləşmiş Ştatların məhdudlaşdırıcı ölçüləri qarşısında zəif edir.

    Risklər və nəticələr

    Kəşfiyyat-analitik şirkətinin materialında deyilir ki, ikinci sanksiyalar ABŞ-ın rəqib barəsində geniş strategiyasının bir hissəsidir.

    “Ölkələrin əksəriyyəti energetika və müdafiə sferalarına həssas sferalar kimi baxırlar. Ancaq müdafiə əlaqələri, əlbəttə, daha incə yanaşmanı tələb edir. Qiymət haqqında danışıqlar tez-tez ləngiyir və sazişin tamamlanması üçün illər lazım ola bilər. Bundan başqa, silahların istənilən böyük sistemi texniki xidmət, ehtiyat hissələri və müasirləşdirmə üzrə müqavilələri tələb edir. Təchizatçının etibarlılığı texnologiyaların ötürülməsi və birgə istehsal kimi böyük problemdir. Beləliklə, əsas müdafiə münasibətlərinin oriyentasiyasının dəyişməsi idxalatçı üçün olduqca dağıdıcı ola bilər”, – ekspertlər yazırlar.

    CAATSA-ya uyğun olaraq sanksiyaların tətbiqi prosesi olduqca çətindir. “Stratfor” analitiklərinin fikrincə, qanunun tətbiqi mümkün olarsa, bu, Rusiyanın davranışının dəyişikliyi və ya beynəlxalq səhnədə onun təsirinin məhdudlaşdırılması baxımından Vaşinqton üçün böyük mükafat olacaq. Amma bu, həmçinin risklərə malikdir.

    “Müasir dünyada orta dövlətlər daha təcavüzkar olur və hər hansı böyük dövlətə bağlanmaqdan imtina edirlər. İkinci sanksiyalar yekunda xoşagəlməz nəticələrə gətirib çıxara bilər”, – materialın müəllifləri yekunlaşdırıblar.