Dünya çempionatında bomba həyəcanı – POLİS HƏRƏKƏTƏ KEÇDİ

    9

    Rusiyada keçirilən Dünya çempionatında növbəti dəfə bomba həyəcanı yaşanıb.

    Hurriyyet.org xəbər verir ki, Kremlin sarayının yaxınlarında sahibsiz tapılan çantada bomba olması xəbəri yayılıb.

    Polis əraziyə gəlib və axtarışlar başlayıb. Polis itləri mağazının önündə olan çantanı yoxlayıb. Hazırda araşdırmalar davam edir. Həmin nöqtə azarkeşlərin sıx toplaşdığı ərazilərə daxildir.

    Qeyd edək ki, keçən həftə bir nəfər hava limanına girərkən üzərində bomba olduğunu söyləmişdi və həbs edilmişdi.