Dünya koronavirusla əlləşir, Çin kosmosa əkiz peyklər göndərir

294

Çin cazibə qüvvəsi effekti yaradacaq hadisələri müşahidə etmək üçün kosmosa əkiz peyklər göndərdiyini elan edib. Axar.az xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Kosmik Elm mərkəzinin rəhbəri Vanq Çi məlumat yayıb.

“Bu peyklər ölkəmizə Günəşin təsirini öyrənməyi və Yerlə Günəş arasındakı əlaqədə mühüm araşdırmalar həyata keçirməyi təmin edəcək”, – o bildirib.

COVİD-19 infeksiyasının ilk meydana gəldiyi yer olan Çinin bu fəaliyyəti bəzi xarici media orqanlarında “Dünya koronavirusla mübarizə aparır, Çin isə kosmosla məşğuldur” sərlövhəsi ilə təqdim edilib.