“Dünya koronavirisdan yaxasını qurtara bilməyəcək” – Professordan ŞOK AÇIQLAMA

63

Dünya koronavirusdan heç vaxt yaxa qurtara bilməyəcək.

Bu sözləri rusiyalı professor Vladimir Parşin deyib.

Biz hamımız anlamalıyıq ki, bir-birimizlə əlaqə saxlayacağıq və bundan sonra da bu virusla birlikdə yaşayacağıq. O, bəşəriyyətə gəlib və buradan heç bir yerə getməyəcək”, – deyə, V.Parşin bildirib.

Professorun sözlərinə görə, hər kəsi yalnız kollektiv immunitet xilas edə bilər. Ancaq xəstə axını ağır olmamalıdır, yoxsa səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz.

“Reanimasiya şöbələri ağır xəstələrlə tamamilə dolub. Əgər belə xəstlərin sayı 10 dəfə çox olsa, heç bir tibb sistemi tab gətirə bilməz. Ona görə də, tələb olunduğu kimi, çölə çıxmamaq bu kəskin dövrü uzatmaq, kütləvi immunitet qazanmaq imkanı verəcək”, – V.Parşin deyib.

Professor qeyd edib ki, kollektiv immunitet dünyanı dəfələrlə xilas edib. Əgər insanların 93-95 faizi immunitetə sahib olsa, o zaman digərlərinin də xəstəliklə üzləşmək şansı olduqca aşağı olacaq. \\Medicina