Dünya həyəcanla 3 yanvar  tarixini gözləyir – ABŞ ilə İran arasında toqquşma ola bilər

474

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Mərkəzi Qüvvələr komandanı (CENTCOM) general Kennet Makkenzi İranın Qasım Süleymaninin intiqamını alacağı təqdirdə onlara cavab verməyə hazır olduqlarını bildirib.

CENTCOM komandanının Bağdada və Suriyaya gözlənilmədən, xəbərdarlıqsız səfər etməsi, 2020-ci il 3 yanvar tarixində Bağdad aeroportu yaxınlığında Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsinin birinci ildönümündə İranın cavab addımı atacağı ehtimalına ilə əlaqədar ABŞ rəhbərliyinin narahatlığını göstərir.