Dünya canlı yayımda izlədi – Ərdoğanın Ayasofya məbədi ilə bağlı qərarı

159

Hurriyyet.org xəbər verir ki,  dünən Türkiyənin Dövlət Şurası 86 il əvvəl Nazirlər Kabineti tərəfindən qəbul edilmiş, Ayasofya məbədinin muzey kimi istifadə edilməsini nəzərdə tutan qərarı ləğv edib. Bundan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məscidin Türkiyənin Din İşləri üzrə İdarəsinin ixtiyarına verilməsi ilə bağlı qərarı imzalayıb.

Prezidentin qərarında deyilir: “İstanbulun Fateh rayonunda yerləşən Ayasofya məscidinin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24/11/1934 tarixli və 2/1589 saylı qərarı, Dövlət Şurasının Onuncu Dairəsinin 2/7/2020 tarixli və E:2016/1615, K:2020/2595 saylı qərarı ilə ləğv edildiyindən, Ayasofya məscidinin rəhbərliyinin 22/6/1965 tarixli və 633 saylı Din İşləri İdarəsi  Quruluş və Vəzifələri haqqındakı qanunun 35-ci maddəsinə görə, Din İşləri İdarəsinə verilərək ibadətə açılmasına qərar verilib”.

24 iyulda ibadətə açılacaq – 567 illik hüquq

Ərdoğan dünən – 10 iyul cümə günü tarixində Xalqa Müraciət çıxışında Ayasofyanın 24 iyul 2020-ci il cümə günü cümə namazı ilə ibadətə açılacağını bildirib.

Prezident Ərdoğan tarixi çıxışında deyib: “Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyirli olmasını diləyirəm. Ayasofya məscidinə ödənişli giriş qaydasını da ləğv edirik. Bütün məcsidlərimiz kimi, Ayasofyanın da qapıları hər kəsin üzünə taybatay açıq olacaqdır. Hazırlıqları sürətlə tamamlayaraq 24 iyul 2020-ci il cümə günündə cümə namazı ilə Ayasofyanın ibadətə açılmağını planlaşdırırıq”.

“6 aylıq bir dövrdə görəcəyimiz bəzi hazırlıq işləri var. Bu məsələ ilə bağlı fikrini bildirməkdən savayı hər cür davranışı və ifadəni suverenliyimizin pozulması olaraq qəbul edirik. Hazırda arxamızda Fatehin böyük vəqfiyyənaməsi vardır. Bu sənədin içərisində nə varsa, bizim üçün əsildir. Türkiyə olaraq, biz də tarixi və hüquqlarımıza sahib çıxmaq məsələsində eyni anlayışı gözləyirik. Bu, bizim 567 illik hüququmuzdur”.

Hurriyyet.org