Dünya Birliyi ermənilərin “occupation” siyasətinə “dur!” dedi – LAYİHƏ

16

Qızmar iyul günlərində Ermənistanın silahlı qüvvələrinin Azərbaycan Respublikası Tovuz rayonunun ərazilərinə qarşı hücumları sadəcə döyüş meydanında deyil, həm də siyasi meydanda da məğlubiyyətə uğradıldı. Belə ki, payaxt Bakı daxil olmalqa,  respublikamızın əksər bölgələrində yüzminlərlə əhalinin Ermənistanın  təcavüzkarlıq siyasətinə qarşı küçə və meydanlarda etirazlar səsləndirildi. Bunun ardınca ölkədəki 43 siyasi partiya və çoxsaylı vətəndaş cəmiyyətləri Ali Baş Komandan və prezident İlham Əliyevə dəstək verdiyini elan etdilər. Bununla yanaşı, beynəlxalq aləmdə siyasi iqlim də Azərbaycanın xeyrinə dəyişmiş oldu. Xaricidəki diaspor təşkilatlarımızın bu məsələdə daha da fəallaşması proseslərə nöqtə qoymuş oldu.

Avropada artıq erməni yalanlarına inanmırlar

1980-1990-cı illərdə Avropada gündəmə gətirilən “xristian həmrəyliyi” ideyasına bağlı ermənilər istədikləri manipulyasiyaları edə bilirdilərsə, indi geriyə addım atmaq üçün bir qarış da imkanları tamamilə məhdudlaşdırılıbdır. Əfqanıstan, Yəmən, İraq, Oman, Sudan, Liviya, Suriya, Tunis, Əlcəzair, Misir və başqa Orta Şərq ölkələrindəki radikal islamçı cərəyanların timsalında müsəlman Azərbaycan Respublikasını bu siyahıya salmaq kimi cəhdlər də ermənilərin xəyallarına nöqtə qoyubdur. Çünki, Ermənistan və erməni lobbisi bir tarixi ədaləti yaddan çıxarmışdı. Ermənilər dünya xalqlarının  artıq “OCCUPATİON”, hər hansl işğalçı siyasətə qarşı mənfi münasibətdə olduqlarını nəzərə almamışdlar. Təbii olaraq, yaranmış belə bir şəraitdən Azərbaycanın diaspor maksimum dərəcədə faydalanmağı bacardılar. Çünki ortada əlahəzrət faktlar ilk dəfə idi ki, Azərbaycanın ədalətli mövqeyi ilə üst-üstə düşdü. Türkiyə, Ukrayna, Moldova, İsrail, Fransa, İngiltərə, Macarstan, Kanada, ABŞ, Belçika, Avstriya, İtaliya, Polşa, İsveç, Norveç, Finlandiya, İspaniya, Makedoniya, Bosniya – Herseqovina, Çexiya və digər dünya dövlətləri Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə tənqid etdilər. Erməni lobbisinin uzun siyasi texnologiyalardan maksimum dərəcədə faydalanmaq təşəbbüsləri boşa çıxdı. Ona görə ki, dünya birliyi artıq erməni yalanlarına inanmaq istəmir. Ermənilər daim “xristian azlığı” adı ilə bəhanələr uyduraraq Livan, Misir, İraq, İran, Suriya, Türkiyə, Fələstin və başqa islam ölkələrində Qərb dövlətərini aldadaraq, özlərinin mənfəətlərini həyata keçiriblər. O da bəllidir ki, Suriya, Livan, İraq, İran, Liviya və digər Yaxın Şərq ölkələrində əksər radikal terror təşkilatlarında ermənilərin ən öndə gedən toplum kimi Qərb dövlətlərinin nəzərindən qaçmayıbdır.

Almaniyada soydaşlarımız od püskürdülər

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı Almaniyadakı diaspor təşkilatlarımız bir araya gələrək, Düsseldorf şəhərində son illərin ən əzəmətli siyasi aksiyasını həyata keçirdilər. Paytaxt Berlin, Frankfurt na Mayn, Köln, Hamburq, Münhen, Ştutqart, Dortmund, Bremen, Hannover, Leypsiq, Duysburq, Nürnberq,
Drezden, Bonn, Manhaym, Auqsburq, Münster, Mönhenqladbax, Oberhauzen, Lübek, Erfurt, Hagen, Kassel, Mayns, Leverkuzen, Darmştat və toplam 82 şəhərində yaşayan və soydaşlarımızı təmsil edən 40 min nəfərlik diaspor fəalımız mitinq-yürüş edərək Azərbaycanın haqq səsini ucaltmaqla yanaşı, Ermənistanın təcavüzkarlığını ifşa edən şüarlar səsləndirdilər. Demək olar ki, iyulun 16-17-18 tarixlərində alman mətbuatı Azərbaycan diaspor təşkilatlarının vahid komanda şəklində Ermənistana qarşı aksiyalarını geniş şəkildə işıqlandırdılar. Almaniyadakı etiraz aksiyasını sosial şəbəkələrdə orta hesabla 5 milyon insan izlədi. Bizim apardığımız müşahidələrdə o da bir fakt da özünü təsdiq etdi. Bu, Düsseldorf aksiyasında iştirak edənlərin çoxu Azərbaycan iqtidarına qarşı təbliğat aparanlar idilər. Ancaq, VƏTƏN məsələsinə gəldikdə və Ermənistanın işğalçılıq siyasətinə qarşı birlikdə mübarizə adına yumruq kimi hamı birləşmişdi.

Londonda “erməni avantürası” iflasa uğradı

İngiltərənin paytaxtı Londonda Azərbaycan diasporunun fəalları və bu ölkədə təhsil alan soydaşlarımız Ermənistanın səfirliyinin qarşısında 18 iyul tarixində işğalçılıq siyasətinə qarşı aksiya keçirdilər. Ermənilər sivil qaydada deyil, diasporumuzu hər növ provakasiyalara cəlb etmək taktikası ilə hərəkətə keçərək, aksiyanın məcrasını dəyişməyə cəhd etdilər. İlk dəfə idi ki, Avropanın ən nəhəng çəhəri olan Londonda soydaşlarımızla ermənilər arasında əlbəyaxa küçə döyüşləri baş verdi. Ermənilər bu olayda lazımi cavablarını aldıqdan sonra, geri çəkilmək məcburiyyətində qaldılar və baş vermiş olaya görə sonucda üzr istəməli oldular. Ancaq, ingilis xalqı “Qarabağ bizimdir, bizim olacaq!..” .şüarlarına görə soydaşlarımızın bu aksiyasından məmnun olduqlarını da gizlətmədi.

Stohkolm Yürüşü və Türk Birliyi

İsveçin paytaxtında “Stohkolm-Azərbaycan Mədəniyyət Mərkəzi”nin təşəbbüsü ilə, “Azərbaycan əsgərinə dəstək” mitinqi düzənləndi. Mitinqdə İsveçdəki Azərbaycan diaspor təşkilatlarının fəalları ilə yanaşı, Türkiyə, Krım Tatarları, Doğu Türküstan və Orta Asiya Türkləri təşkilatlarının nümayəndələri də qatıldılar. Bu mitinqdə çıxışçılar bir ağızdan Azərbaycan dövlətinin yanında olduqlarını elan tməklə yanaşı, həm də Ermənistanın hərbi təcavüzkar siyasətini lənətləyən fikirlərini səsləndirməklə yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal ermənilərin işğalçı qoşunlarının çıxarılması tələbi Niderland Krallığının parlamenti qarşısında keçirilən bu ölkədə yaşayan soydaşlarımız aksiyada şüarlar səsləndiriblər. “Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Ədalətsizliyə son qoyulsun!”, “Torpaqlarımızdan çıxın!”, “Ermənistan beynəlxalq hüquqa riayət etsin!”, “Ermənistan BMT–nin qətnamələrinə əməl etsin!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, qeyri-konstruktiv mövqeyindən əl çək!”, “Azərbaycana qarşı təxribatların qarşısı alınsın!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!” kimi şüarlar Niderland Krallığının parlamenti qarşısında ucaldılıb. Qeyd edək ki, aksiyada Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan və Türkiyə icmalarının üzvləri, onların niderlandlı dostları, tələbələrimiz iştirak ediblər.

Çaşqınlıq içində qalan ermənilər pərakəndə düşüblər

Rusiya Federasiyasının paytaxtı Moskvada, eləcə də bu ölkənin Sankt-Peterburq, Kalininqrad, Tver, Yekatrinburq, Samara, Həştərxan, Stavropol, Tümen, Volqaqrad, Çelyabinsk, Orenburq və digər iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəalları ötən bir həftə ərzində Ermənistanın işğalçılıq siyasətinə qarşı çoxsaylı etiraz aksiyaları həyata keçiriblər. Faktiki olaraq, Rusiya Federasiyasında yaşayan 3 milyonluq soydaşlarımız Azərbaycan dövlətinin yanında olduqlarını elan etməklə yanaşı, həm də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olduqlarını elan ediblər.  Azərbaycanlı işadamlarının ermənilərlə ticarət və digər iqtisadi əlaqələrini tamamilə durdurmaq haqqında verdikləri qərarların nəticəsində demək olar ki, Ermənistanın iqtisadiyyatına sarısıdıcı zərbələr vurdu. Bununla yanaşı Rusiyada fəaliyyət göstərən erməni şirkətləri də iflasa uğradılar. Paytaxt Moskvanın Oçaqovo-Matveyevskoe rayonunda Londonda olduğu kimi, erməni quldur dəstələri soydaşlarımıza qarşı silahlı hücumlar təşkil edərək, prosesləri kriminal müstəviyə yönləndirmək və Rusiya cəmiyyətində şaşqınlıq yaratmaq taktikasını sərgiləsələr də nəticədə bu təşəbbüsləri də puça çıxdı.
Ukraynanın paytaxtı Kiyev, eləcə də Xarkov, Lvov, Donetsk, Odessa, Dnepr, Jitomir və digər şəhərlərində Azərbaycan diaspor təşkilatları Ermənistanın təcavüzkarlıq siyasətinə qarşı etirazlarını səsləndirdilər. Kiyevdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası olduqca əzəmətli keçdi. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında keçirilən aksiyada soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. Bu aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, biz  həmişə Azərbaycan dövlətinin, prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, – deyə R.Tağıyev əlavə edib.
Demək olar ki, qızmar iyul günlərində Litva, Latviya, Moldova, Estoniya, Finlandiya, Poşa, Çexiya, Rumıniya, Macarstan, Belçika, Belorus, Qazaxstan və digər ölkələrdə Azərbaycan dövləti ilə həmrəylik, Ermənistanın işğalçılıq siyasətini lənətləyən çoxlu aksiyalar həyata keçirildi. Həmin dövlətlərdə yaşayan soydaşlarımız dövlətimizin ərazi bütövlüyü üçün könüllü olaraq döyüşlərə hazır olduqlarını da elan etdilər. Bütün bunlar göstərdi ki, milli diaspor quruculuğumuz və siyasətində uzun illərdir yaranmış neqativ hallar aradan götürülməkdədir. Qürbət ölkələrdə yaşaya soydaşlarımızın öz doğma vətənlərinə olan inamı artmaqdadır. Belə bir addım artıq kütləvi xarakter daşımaqdadır.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.