Dünya bazarlarında təbii qaz ucuzlaşıb

258

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics”in məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,84% azalaraq 2,857 ABŞ dolları təşkil edib.