Dünya bazarlarında təbii qaz cüzi ucuzlaşıb

66

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics”in məlumatına görə, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,04% azalaraq 2,42 ABŞ dolları təşkil edib.