Dünya bazarında taxıl qıtlığı – Azərbaycan hansı risklərlə üzləşə bilər?

69

Pandemiuya fonunda dünyanın ərzaq təhlükəsizliyi məsələsi önə plana çıxıb. Virusun məğlub ediləcəyi tarix məlum olmadığı üçün əksər ölkələr idxalı artıraraq ərzaq, xüsusən taxıl ehtiyatı toplmağa çalışırlar.

Amma dünyada taxıl qiymətləri bahalaşmaqla yanaşı, iri taxıl istehsalçıları xaricə satışlarını yavaş-yavaş məhdudlaşdırmağa başlayıblar.

Rusiya Kənd Təsərrüfati Nazirliyi qiymət artımının qarşısını almaq üçün martın sonlarlda ixrac kvotası müəyyən etdi. Kvota iyunun 30-na qədər 7 milyon ton taxılın ölkədən xaricə satılmasına icazə verirdi. Amma aprelin 26-da nəzərdə tutulan kvota vaxtından 2 ay tez doldu və bu tarixdən etibarən ölkə xaricinə taxılın çıxarılmasına qadağa qoyuldu.

Qadağa iyulun 1-nə qədər davam edəcək. Beləliklə, dünya son 10 ildə ilk dəfə Rusiya taxılını almaq imkanından məhrum oldu.

“Bloomberg” agentliyi Rusiyanın taxıl satışını yalnız 4 ölkəyə – Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstana həyata keçirəcəyini yazıb.

“Dünyanın ən iri taxıl istehsalçısının bu addımı qlobal ticarətdə ciddi dəyşikliklər və qiymət artımı, ərzaq çatışmazlığı kimi problemləri qabardacaq”-deyə agentlik yazır.

Son vaxtlar taxılın qiymtində də artım var. Belə ki, Rusiya taxılı martdan bəri 10 dollar bahalaşaraq 1 ton üçün 220 dollara satılır. Dünya bazarında taxılın 1 ton üçün qiyməti hazırda 2013-250 dollara arasında dəyişir.

Rusiyanın taxıl satışını dayandırmasının Azərbaycana da təsiri var Belə ki, 2019-cu ilin 1 iyulundan 2020-ci ilin 20 fevralına qədər Azərbaycan Rusiyadan ən çox taxıl alan 4-cü ölkə olub. Bu müddətdə Türkiyəyə 6,2 milyon ton, Misirə 5 milyon ton, Banqladeşə 2 milyon ton və Azərbaycana isə 1,1 milyon ton taxıl satılıb.

Taxıl idxalından asılı olan Misir və Türkiyə son vaxtlar böyük miqdarda taxıl ehtiyatı toplamağa başlayıb.

Digər tərəfdən, Rusiyanın taxıl ixracını dayandırması, onun ABŞ, Kanada və Avropa Birliyindəki rəqibləri üçün əlverişli şans yaradır. Beynəlxalq Taxıl Şurasının baş eksperti Emi Reynolds Avropa Birliyinin bu məsələdə iqtisadi dividentlər qazanacağını gözləyir.

“Fransa bu ilin iyununa kimi xaricə rekrod miqdarda taxıl satacağını elan edib. Xüsusən, Misir, Əlcəzair, Tunis kimi Şimali Afrika ölkələri rekord miqdarda taxıln almağı düşünürlər”.

Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı isə pandemiya fonunda ərzaq millətçiliyinin yayıldığını açıqlayıb. Əhalinin narazılığının qlobal siyasi və ictimai iğtişaşalara yol açması təhlükəsi barədə xəbərdarlıq olunub.

Azərbaycanın yaxın aldığı daha bir ölkə – Qazaxıstan da taxın satışına məhdudiyyətlər qoyub. Bu ölkədən ayda maksimum 200 min ton taxıl və 60 min ton un çıxarmaq olar. Analoji addımı Ukrayna rəhbərliyi də atıb.

Bu məhdudiyyətlərə səbəb, ökələrin öz sərhədlərini bağlamasına görə, ehtiyac duyduqları resursları hesablayaraq xaricə satış üçün kvota tətbiq etmələridir.

Azərbaycan kimi taxıl ehtiyatlarını ödəyə bilməyən qonşu Gürcüstan 2 aylıq taxın ehtiyatlarının olduğunu elan edib. Azərbaycanın taxıl tədarük etdiyi əsas ölkələrin satışa qadağa və kvotalar qoyması uzunmüddətli perspektivdə risk yaradan amil sayılmalıdır./modern.az/