Neft bahalaşmağa başladı

    6

    Dünya bazarında neftin qiyməti yenidən 40 dollara yaxınlaşır. Bu barədə fins.az “Bloomberg” agentliyinə istinadən xəbər verir. Məlumata görə, London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 0,54 dollar və yaxud 1,37% bahalaşaraq 39,97 dollar olub. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli 0,71 dollar və yaxud 1,91% artaraq 37,97 dollara təşkil edib.