Dünən Bərdə əhlinə qarşı törədilmiş vəhşilikdəki rus izi

102
“Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. 1987-ci ildən SSRİ Silahlı Qüvvələrində tətbiq edilməyə başlanılıb. Qısamənzilli ballistik raket sayılır.

 

Uzunluğu 12.1 m, eni 3.05 m-dir. Rusiyanın ən öldürücü raketlərindən biridir. Moskva hətta onu öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri olmayan silah kimi səciyyələndirir və qürurlanır.

 

Ermənilər indi həmin silahla Azərbaycanın dinc əhalisini vurur. Ən pisi isə odur ki, bu vəhşiliyi KMTM-nin arxasına gizlənməklə davam etdirir. KMTM-nin Rusiyanın NATO-su olduğunu nəzərə alsaq, bu, Bərdədə dünən yaşanan vəhşiliyin arxasında Moskvanın dayanması anlamına gəlir.

Xatırladaq ki, dünənki raket atışı zamanı 21 dinc sakin ölüb, 60-dan çox insan yaralanıb

Bərdəyə atılan raketlərin qalıqları da onun “Smerç” olduğunu təsdiqləyir.
Ovqat.com