Duma Putinə yenidən seçilmək hüququ verən qanunu qəbul etdi

774

Hurriyyet.org xəbər verir ki, Rusiya Dövlət Duması indiki Prezident Vladimir Putinə dövlət başçısı postuna namizədliyini yenidən irəli sürməsi hüququ verən qanun layihəsini ilkin oxunuşda qəbul edib. Bu barədə məlumatı TASS informasiya agentliyi yayıb.

Bundan əvvəl “Valday” diskussiya klubunun iclasında çıxış edən Putin 2024-cü ildən sonra dövlət başçısı postuna namizədliyini irəli sürüb-sürməyəcəyi barəsində sualın cavabında hələlik qərar vermədiyini bildirmişdi.  Putin əlavə eləmişdi ki, Konstitusiyaya edilən dəyişikliklərin əsas məqsədi ölkəni daha da inkişaf etdirmək, suverenliyini möhkəmləndirməkdir.