Dubay şeyxi onu atıb qaçan arvadı ilə gizlicə boşandı – Şahzadə Haya cangüdənlə evlənir

    3

    Birləşmiş Ərəb Əmirliklərinə daxil Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun ölkəni tərk edərək, İngiltərəyə qaçan arvadı şahzadə Haya ilə boşanmaları haqqında yeni məlumatlar üzə çıxıb.

    Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya ilə 30-31 iyulda Londonda boşanacaqları bildirilmişdi.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər veri ki, Dubay şeyxi ilə şahzadə Haya iyulun 20-də qapalı məhkəmədə boşanıblar.

    Картинки по запросу sheikha bint saeed bin thani al maktoum

    Məlumata görə, Dubay şeyxi ilə şahzadə Haya boşanma sırasında təzminat məsələsini də həll ediblər. Haya övladlarının Dubaya getməsinə razılıq verib. Şahzadənin aşiq olduğu adamın da şeyxin yaxın cangüdəni olan ingilis zabit Rassell Flouers olduğu bildirilmişdi. Son məlumatlara görə, şahzadə Haya aşiq olduğu cangüdənlə yaxın zamanda evlənmək qərarındadır. Şahzadə ilə eşq yaşayan cangüdən özü də ötən il həyat yoldaşından boşanıb.

    Картинки по запросу жена правителя дубая сбежала

    Gizli şəkildə boşanan Dubay şeyxi ilə şahzadə Haya mətbuata açıqlamasında yalnız uşaqlarının gələcəkləri ilə bağlı məsələlərdə bir araya gələcəklərini bildirib. Onlar mətbuata uşaqların kimdə qalacağını da açıqlayıb. Qeyd edək ki, şahzadə Haya ilə Dubay şeyxinin 11 yaşında Jalila adlı bir qızı və 7 yaşında Zayed adlı bir oğulları var.

    Картинки по запросу жена правителя дубая

    Ötən həftə yayılan məlumatlara görə, Hayanın 7 yanvar 2012-ci ildə dünyaya gələn oğlu şeyx Zayedin əsl atasının əslində Hayanın keçmiş sevgilisi olduğu iddia edilirdi. Bir başqa iddialara görə isə Hayanın məktəb illərindən aşiq olduğu və at yarışlarına həvəskar olan bir kişi ilə yaşadı yaxın münasibətdən şeyx Zayed dünyaya gəlib.