DTX-nın həbs etdiyi Rəhim Qazıyev kimlərin maşası imiş? – ŞOK REAKSİYALAR

9

Sabiq müdafiə naziri Rəhim Qazıyev ermənilərin Tovuz istiqamətində atəşkəsi pozması və təxribatları zamanı özünü ifşa edən çağırışına görə həbs olunub. R.Qazıyev Tovuz ərazisində döyüşlərin getdiyi bir vaxtda yalan məlumatlar yaydığı üçün barəsində cinayət işi başlanıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanan keçmiş nazir dövlət əleyhinə açıq çağırışlarda və təxribatda təqsirli bilinir.

“BBC-Azərbaycan”a danışan Rəhim Qazıyevin qızı Sevinc Cəmilova isə ittihamları qəbul etməyib. Lakin onun sosial şəbəkələrdə yayılan səs yazısından da aydınlaşdırmaq mümkündür ki, R.Qazıyev döyüşlər getdiyi vaxt itkilərlə bağlı rəsmiləşməyən, dezinformasiya xarakterli məlumatlar verir, insanlara yalan xəbərlər ötürür, cəmiyyəti ayağa qalxmağa, siyasi hakimiyyətə qarşı birləşməyə çağırır.

Görünür ki, ahıl sabiq nazir 1992-ci ildən bu yana dəyişməyib, onun Azərbaycanın gərgin günlərində hansı qüvvələrin maşası rolunu oynadığı göz qabağındadır.

Əlbəttə, biz mühakimə etməkdən uzağıq, istintaq özü hər şeyi müəyyən edəcək, sadəcə, R.Qazıyevin bioqrafiyası, Elçibəy iqtidarı dönəmində etdikləri yaddaşlardan silinməyib. Amma maraqlıdır ki, Qazıyev məhz indiki məqamda əlindəki bütün “kart”ları açdı və Azərbaycana olan münasibətini ortaya qoydu.

Həmin səs yazısında R.Qazıyev qeyd edir ki, hadisə yerindən aldığı “səhih məlumatlara görə” düşmənin hücumu nəticəsində guya bizim qüvvələr geriyə çəkilib, çoxsaylı itkimiz olub, camaat panika içərisində və orqanlar iflic olub. O, Tovuz rayonunda ermənilər tərəfindən törədilən təxribatda özünü “millətsevər” kimi göstərməyə çalışaraq camaatı küçələrə səsləyir.

1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olmuş, Şuşanın müdafiəsini düzgün qura bilmədiyinə görə xalqın qəzəbinə tuş gəlmiş R.Qazıyevin müharibə şəraitində növbəti dəfə təxribata əl atması onu göstərir ki, hələ də hansısa dairələrin tapşırıqlarını icra edir.

Pənah Hüseyn komitə sədri seçildi – Novator.az

Pənah Hüseyn: “Rəhim Qazıyevi həbslə şərəfləndirməyin!”

Onun həbsi ilə bağlı kəskin mövqe bildirənlərdən biri sabiq baş nazir Pənah Hüseyn olub. Azərbaycan Xalq Partiyasının (AXP) sədri “facebook” hesabında R.Qazıyevi azad etməyə çağırıb və səbəbini izah edib.

“Rəhim Qazıyevi həbslə şərəfləndirib xilas etməyin! Siyasi məhbus siyahısını onun adı ilə kirlətməyin! O, bu şərəfə, bu siyahıya layiq deyil! İlahi ədalətə  baxın ki, erməni saytları dünən onun həbsini ”V Azerbaydcane zadercali ministra oboronı, sdavşeqo Şuşi” başlığı ilə verdilər”. İlahi ədalətə baxın ki, Surət Hüseynov onu xain adlandırdı, Şuşanı verməkdə ittiham edib, qulağını kəsməklə hədələyir! Allah onun ən ağır cəzasını verib, ağlını alıb! Bu bədbəxt, sərsəri qocanı günahları ilə baş-başa buraxın, çəksin cəzasını! Rəhim Qazıyevi həbs etməyin!”-deyə, P.Hüseyn vurğulayıb.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirdi ki, R.Qazıyevin çağırışına münasibəti birmənalı olaraq mənfidir. Onun sözlərinə görə, keçmiş nazir xalq hərəkatı dövründə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin təsiri altına düşüb və bu günə kimi agent olaraq onların tapşırıqları yerinə yetirir. Deputat hesab edir ki, keçmiş baş nazir Surət Hüseynovun qəfil peyda olması, müsahibə verməsi, o dövrlə bağlı mübahisəli fikirlər səsləndirməsi, ardınca ermənilərin Tovuz istiqamətindən hücuma keçməsi və daha sonra Rəhim Qazıyevin Silahlı Qüvvələrin ünvanına böhtan atması təsadüfi deyil: “Rəhim Qazıyev həmin çağırışı ilə cəmiyyətdə Müdafiə Nazirliyinə, orduya etimadı məhv etməyə çalışır. Onun tutduğu mövqe xalqın, dövlətin maraqlarına zidd, xəyanət xarakterli yanaşmadır. Bayaq söylədiyim kimi, Rəhim Qazıyev Rusiyanın Baş Dövlət Kəşfiyyat İdarəsinin agentidir, Şuşanın verilməsindən tutmuş indiyə qədər ”xidmət”ləri olub”.

F.Ağamalının sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca ölkəyə qarşı müxtəlif istiqamətlərdən hücumlar var: “Bir tərəfdən hakimiyyətdən uzaqlaşan adamlar ölkədə Prezident tərəfindən həyata keçirilən siyasi-iqtisadi islahatlara mane olurlar, digər tərəfdən Rusiyanın agentura şəbəkəsində yer alan rəhim qazıyevlər dayanıblar. Ona görə son dərəcə ayıq-sayıq olmalıyıq, dövlətimiz əleyhinə fəallaşan məkrli qüvvələrə qarşı həmrəylik nümayiş etdirməliyik”.

Deputat hesab edir ki, R.Qazıyev atdığı addımlarla Cinayət Məcəlləsinin müvafiq maddələrini pozduğu üçün dindirilməlidir, cinayət işi başlanmalı və yekunlaşmalıdır: “Onun atdığı bu addımlar stimullaşmamalıdır. Çünki qanqal qohumları arta bilər. Cinayətə yol veribsə, cəzasını almalıdır. Bu başqa məsələdir ki, barəsində məhkəmə hökmü olduqdan sonra Prezident tərəfindən fv edilə bilər”.

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

Fəzail Ağamalı: “O, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti olaraq onların tapşırıqlarını yerinə yetirir”

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, R.Qazıyevin hansı səs yazısına görə saxlanmasından məlumatsızdır: “Amma döyüş şəraitində əhalinin və ordunun ruhdan salınmasına yönələn bəyanatların, çağırışların tərəfdarı deyiləm. Rəhim Qazıyev ölkənin taleyüklü dövründə milli orduya qısamüddətli də olsa rəhbərlik edib, ordu, müharibə, dezinformasiyanın nə olduğunu bilməmiş deyil, kifayət qədər yaşı var. Ümidvaram ki, məsələ aydınlaşacaq. Arzulamazdım ki, bu yaşında həbs edilsin”.

Onlar Milli Şuranın adını dəyişib LGBT qoysalar, daha səmimi ...

T.Abbaslının fikrincə, istənilən halda indiki vəziyyətdə ordumuzun yanında olmalıyıq, döyüş əməliyyatlarımıza dəstək verməliyik: “Müharibə, Qarabağ mövzusunda partiyamız üçün siyasi konyuktura ola bilməz. Biz həssas bir dövrdə ordumuzla birgə olmalıyıq, informasiyaların yayılmasında diqqətli davranmalıyıq, cəmiyyəti çaşdırmamalıyıq”./“Yeni Müsavat”/