DTX Biləsuvarda vəzifəli şəxsləri saxladı – CİVƏ SATIŞINA GÖRƏ

588

Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvarda əməliyyat keçirdi.

Hurriyyet.org-un əldə etdiyi məlumata görə, Sosial Yardım üzrə Biləsuvar rayon idarəsinin sektor müdiri Ədalət Mürsəlov və Biləsuvar rayon Xəstəxanasının baş həkimi Yusif Mürsəlov əməliyyat nəticəsində həbs ediliblər. Belə ki, onların civə satışı ilə məşğul olduğu bildirilir. Onlar 3 kq civə ilə saxlanılıb.

Qeyd edək ki, Ədalət Mürsəlov və Yüsif Mürsəlovun əmioğlu olduğu bildirilir.

 

Hurriyyet.org