DAHA BİR İÇRA BAŞÇISI VƏ MÜAVİNLƏRİ HƏBS EDİLDİ – DTX-dan ŞOK ƏMƏLİYYAT

144

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Hurriyyet.org “qafqazinfo”ya istinadən xəbər verir ki, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. Daha sonra icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.