DSX-dan növbəti əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi

504

21 iyul, saat 02:43 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. 

Hurriyyet.org xəbər verir ki, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat yayıb. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki 2 ədəd çanta ilə ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.

Saxlanılan şəxslərin Astara rayon sakinləri 1993-cü il təvəllüdlü Quliyev Təbriz Əzizağa oğlu və 1995-ci il təvəllüdlü Nabatzadə Şahin İbrət oğlu olması müəyyənləşdirilib. Sərhəd pozucularının çantalarına baxış zamanı ümumi çəkisi 19 kq 625 narkotik vasitə və 1050 ədəd həb (2 kq “metamfetamin”, 12 kq 625 qr “heroin”, 5kq “tiryək”, 1050 ədəd “Preqabalin” həbi)  aşkar olunaraq götürül­üb.

22 iyul, saat 01:10 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin 1982-ci il təvəllüdlü Ağcabədi rayonunun Ağabəyli kənd sakini Mamedov Elvin Vidadi oğlu olması müəyyən olunub, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 10 qram narkotik vasitə “tiryək”ə bənzər maddə aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, saxlanılan vətəndaşlar təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycana 24 kq narkotik keçirmək istədilər- FOTO

Azərbaycana 24 kq narkotik keçirmək istədilər- FOTO