DÖYÜŞƏ HAZIRAM, CƏNAB ALİ BAŞ KOMANDAN

234

Cənab Prezident! Hörmətli Ali Baş Komandan! Mən 64 yaşın içindəyəm. Yaşımın çoxluğuna bayxmayaraq Vətənin bu ağır günlərində Sizin yanınızda dayanıb əsgəri borcumu yerinə yetirməyi ən böyük mənəvi borc hesab edirəm. Döyüş əmrinizə hər an, hər saat hazıram. Sizdən rica edirəm məni səngərə göndərin. Bundan qürur hissi duyardım.

Düşmənlə savaşın yaşı olmur. Vətənin, Torpağın, Bayrağın yıxılmaması üçün hər bir Azərbaycan vətəndaşı ürək və can payını əsirgəməməlidir. Döyüşmək istəyirəm, cənab prezident!!! Və hər bir soydaşımı dövlətin yanında olmağa çağırıram. Siyasəti, digər maraqları bir kənara qoyub Vətənin murdar, iblis düşməndən xilas edilməsinə öz töhfəmizi verməliyik. Hamımız bir sırada qardaş olaraq çiyin-çiyinə dayanıb işğalçıların ayaq səslərinə son qoymalıyıq. Cəbhədə döyüşlər ara vermir, əksinə getdikcə daha şiddətli şəkil alır.

DÖYÜŞƏ HAZIRAM, CƏNAB ALİ BAŞ KOMANDAN!!!

Eldar SABİROĞLU

FAŞİST BEYİNLİ PAŞİNYANIN SARSAQLIĞI – Eldar Sabiroğlu yazır ...