Dövriyyəyə buraxılan yeni əskinaslar iqtisadiyyatda çevikliyi təmin edəcək – VİDEO

    12

    ''Azərbaycanda dövriyyəyə buraxılan 200 manatlıq inflyasiya və devalvasiyaya səbəb olmayacaq, əksinə, bu üsulla iqtisadiyyatın çevikliyi təmin ediləcək ''.

    Hurriyyet.org-un məlumatına görə, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili ''Xəzər Xəbər''ə deyib. Millət vəkilinin sözlərinə görə, bəzi sosial şəbəkələrdə bu nominalın inflyasiyaya səbəb olacağı ilə bağlı yayılan fikirlər tamamilə əsassızdır.

    Millət vəkili insanları təşvişə düşməməyə səsləyib. Onun sözlərinə görə, ölkəmizdəki iqtisadi inkişaf və onu şərtlərindirən amillər bunu deməyə əsas verir ki, iqtisadiyyatımız üçün hər hansı təhlükə yoxdur.

    Qeyd edək ki, Mərkəzi Bank tərəfindən bu gündən etibarən 200 manatlıq əskinaslar dövriyyəyə buraxılıb. əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: