İlham Əliyev yeni stansiyaların açılışında iştirak edib

    6

    Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib, stansiya ən müasir tələblərə cavab verir. “Memar Əcəmi” stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan stansiyada və çıxışlarda 17 eskalator quraşdırılıb. Burada, həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var. Hər iki stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.