DSMF-nin binasında yanğın baş verib, 30 nəfər təxliyə edilib – YENİLƏNİB

    6

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib, 30 nəfər təxliyə edilib. 

    Hurriyyet.orgun xəbərinə görə, , bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı yaydığı əlavə məlumatda qeyd olunub.

    Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

    *** 

    Fövqəladə Hallar Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb. 

    Hurriyyet.orgun xəbərinə görə, nazirlikdən bildirilib ki, iyunun 1-i günorta saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. 

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

    Əlavə məlumat veriləcək.

    ***

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

    Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.