Dövlət rəhbərliyi icazə vermir – Bu əraziyə giriş QADAĞANDIR \ FOTOLAR

    9

    Dünyanın ən təhlükəli bölgələri sırasında yer alan bəzi ərazilərə bələdçisiz girmək mümkün deyil.

    Hurriyyet.org-un məlumatına görə, bəzilərində isə 14 saatdan artıq qalmaq olmur və dövlət rəhbərliyi tərəfindən kənar şəxslərin giriş qadağan edilib.

    Həmin əraziləri təqdim edirik:

    Dünyanın ən isti bölgəsi Death Valleydir. Bu çöldə su olmadan 14 saat yaşamaq mümkündür. Bölgədə indiyə qədər qeyd olunmuş ən yüksək istilik 56.7 dərəcə olub.

    Çox insan bu qorxunc yeri “yer üzünün cəhənnəmi” olaraq adlandırır. Amma hər il buranı yüzlərlə macəraçı ziyarət edir. Bölgədə rəhbərsiz gəzmək qadağandır.

    Danakil Çölü / Eritre

    Vaşinqon dağının zirvəsi dünyadakı ən sürətli küləklərə ev sahibliyi edir. İndiyə qədər qeyd edilən ən yüksək sürət saatda 327 kilometrdir. Burada təhlükəli olan sadəcə küləklər deyil, hava istiliyinin mənfi 40 dərəcəyə qədər düşməsidir. Bölgədə davamlı olaraq qar yağması da Vaşinqton dağını dünyanın ən təhlükəli zirvəsi edir.

    Braziliyanın sahillərində gizli olan ilan adası dünyanın ən təhlükəli adası olaraq qəbul edilib. Səbəbi isə adanın ən zəhərli ilanlara ev sahibliyi etməsidir. Araşdırmaçılara görə burada hər kvatrat metr başına təxminən 5 ilan yaşayır və dünyanın ən zəhərli ilanı Bothrops da burada var. Braziliya hökuməti adaya ayaq basmağı qadağan etsə də hər il bura turistlər gəlir.

    lha da Queimada Grande (Yılan Adası) / Brezilya

    Mənzərəsi möhtəşəm olsa da Boliviyadakı Madidi beynəlxalq parkı dünyanın ən təhlükəli və aqressiv heyvanlarına ev sahibliyi edir. Bölgədəki bəzi bitkilər də ölümcüldür. Bunlardan hər hansı biri ilə təmas etdikdə qaşıntı, baş dönməsinə səbəb olur. \\ Metbuat.az

    Madidi Ulusal Parkı / Bolivya