Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – İmtahan keçiriləcək

    39

    Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

    DİM-dən Hurriyyet.org-a verilən xəbərə görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 432, BB qrupu üzrə 1334, ümumilikdə isə 1766 namizəd qeydiyyatdan keçib.

    İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi ayrılıb.

    İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.