Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edildi

    3

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb.

    E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

    ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı məlumatı təsdiqləyib.